Moskvada Afaq Şıxlının 50 illik yubileyi keçirildi
Həkim-şair-tərcüməçi, 12 şeirlər və tərcümələr kitabının müəllifi, Azərbaycan yazıçılar birliyi Moskva bölməsinin katibi Afaq Şıxlının 50 illiyi ilə bağlı “Poeziya axşamı” Azərbaycan konqresinin konfrans zalında baş tutdu.
Tədbiri Azərbaycan Yazarlar Birliyi Moskva bölməsinin rəhbəri Abuzər Bağırov açaraq Afaq Şıxlı yaradıcılığının çoxşahəli olmasından danışdı. Onu sevgi-məhəbbət şairi adlandıran A.Bağırov yubiliyarın çoxsaylı şeirlər və təcrcümə kitabının müəllifi olduğu, adının ölkəmizdən kənarda tanındığı, kitablarının müxtəlif dillərə tərcümə edildiyi haqda qısa məlumat verdi.
O, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Afaq Şıxlıya unvanlanmış təbrik məktubundan bəzi hissələri də görüş iştirakçılaırnın nəzərinə çatdırdı.
AYB- nin sədri ilə AYB Moskva bölməsinin rəhbəri Abuzər Bağırovun müştrək hazırladığı təbrik məktubunda Afaq Şıxlı təmsil oldunuğu ədəbi mühitdə tanındığını, əməyinin müxtəlif adlı yüksək mükafatlarla qiymətləndirildiyini sadalayaraq, beynəlxalq şeir simpoziumlarında, ədəbiyyat tədbirlərində Azərbaycanı layiqincə təmsil etdiyini də vurğulayaraq ona başçılıq etdiyi qurum və şəxsən öz adından təşəkkürünü unvanlamışdı.
Professor Kamran Rüstəmov:-“Mən Afaq Şıxlı ilə tanış olanda, belə dərin mənalı, fəlsəfi şeirlərin müəllifinin o olduğunu biləndə çox heyrətləndim. İnsanın hiss etdiklərini, daxili təlatümünü şeirə tökmək gerçəkdən çətin və heyrətediləcəkdir. Bax əsl şairlik budur. Bir də şairlər, yaradıcı adamlar xalqını tanıdan, tanıtdıran, təbliğ edəndir. Afaq xanım bu missiyanı da layiqincə həyata keçirən ziyalılaırmızdandır”-dedi və ona yaradıcılıq uğurları dilədi.
Rusiya, Azərbaycan Yarıçılar birliyinin üzvü olmaqla yanaşı Avrasiya yazarlar birliyinin də üzvü olan Afaq xanımı təmsil etdiyi qurum unutmamışdı. Avrasiya Yazarlar Birliyinin rəhbəri Yakub Öməroğlunun təbrik və təltifi də tədbirdə səsləndi. Özü iştirak edə bilməsə də, göndərdiyi məktubda Yakub Öməroğlu Afaq xanımın Türkiyədə və dünyada nəşr edilən kitablarından söz açıb, hətta onun kitabını belə Azərbaycan türkçəsinə uyğunlaşdırdığını bildirib. O, da Avrasiya Yazarlar birliyi və öz adından Afaq xanımı 50 illik yubileyi münasibətilə təbrik edir, belə bir şairə xanımla eyni sıranı paylaşmaqdan qurur duyduğunu da catdırırdı-məktub ismarıcında.
Şair İlham Bədəlbəyli: Afaq Şıxlı haqqında danışanda, bir xanımda olacaq bütün müsbət keyfiyyətlərin onda cəmləşdiyni desəm doğru olar. Onun poeziyada, bədii tərcümə sahəsində də belə yüksək dəyərlərə sahib olduğunu görürük. Mən xoşbəxtəm ki, belə bir talantlı, yaradıcı xanımla tanışam. Afaq xanımım şeirləri rəngarəngdir- analar, vətən, Bakı, xalq haqqında yazır və hansı mövzuda yazmasından asılı olmayaraq məhəbbətlə yazır. Məhəbbət- bizim mövcduluğumuzu, insanlığımızı təcəssüm etdirəndir.
Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi Nigar Axundaova Afaq xanımın şeirlərinin leytmotivinə hopmuş sevgi, saflıq, zəriflik, axılcılığa aludə olduğunu bildirərək, şairə Dahi Nizaminin nəfis işlənmiş kitabını hədiyyə etdi.
Şairin qızı Nülufər Şıxlı nitqinə Tomas Edisondan bir sitatla başladı. “Uğur 1 faiz talant, 99 faiz isə zəhmət hesabina əldə edilir”. Mən Afaq Şıxlının şair kimi bu günə gəlib çıxmasında məhz bu yoldan keçdiyinin –gecə-gündüz yorulmadan çalışdığının şahidi olmuşam. Məqsədinə çatmaq üçün hədəfinə doğru daim durmadan, yorulmadan irəliləmək onun təcrübəsində əksini tapan fikirdir. Bu gün artıq qarşısna qoyduğu, çatmaq istədyi zirvəyə yetişib deyə bilərəm. Mən anam və bir şairə kimi sənin qızın olmaqdan qürur duyuram və istədiyin daha yüksək zirvələri fəth etməni arzulayıram.
Moskva Dövlət Linqivistika Universiteti Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Zemfira Rüstəmova Afaq xanımın yaradıcılığı ilə balğı deyilənlərlə razılaşdığını söyləyərək bunları əlavə etdi. “Afaq Şıxlı meqativdən uzaq, hər şeyə pozitiv yanaşan insandır. “Şairlər yazdıqları şeirlər kimi olmurlar çox zaman. Şeirlərində nə qədər ideal görünsələr də, həyatda bunun tam tərsi kimi olanlar az deyil. Afaq xanımsa şeirləri kimidir. Onun şeirləri onun naturasıdır”.
Konqresin nümyəndəsi Manaf Ağayev klassiklərimzidən misal gətirərək, onların yaradıcılığındakı ənənənin, maarifçilik ideyalarının, vətənə, xalqa məhəbbət motivlərinin özünəməxusus şəkildə əksini Afaq Şıxlının poeziyasında görürük-dedi.
Digər çıxış edənlər- riyaziyyatçı alim Həşim Əliyev, diaspor yetkilisi Şamil Tağıyev, Oktay Hüseynov, şairlərdən Yaşar Süleymanlı, Abbas Alıyev, Əliş Əvəz Afaq xanım haqqında xoş sözlər söyləyərək şeirlərindən səsləndirdilər. Gecədə çıxış edənlərin hamısının etdiyi bir vurgu isə Afaq Şıxlı kimdir desən, “o şeirlərinin arasından boylanır””-oldu
Afaq xanım yubileyinin yayda olduğunu, bugünkü günü sadəcə “Poeziya gecəsi” kimi planlaşdırdığını düşünsə də onun yaradıcılığına və şəxsinə bu hörmətdən, sevdigən təsirləndiyi dilə gətirdi. Adının şeirlərinin dünyanın bir çox ölkələrinin ədəbiyyat almanaxlarında çıxmasının Azərbaycan adına olduğunu da vurğuladı. O, haqqında söylənən xoş sözlər və arzulardan dolayı hər kəsə minnətdarlıq etdi.
Poeziya gecəsi çay süfrəsi arxasında davam etdi.
Tünzalə Vəliqızı,
Moskva
Yenises.ru
“