Moskvada Azərbaycan səfirliyi qarşısında piket keçirildi (FOTO)
Azərbaycanın Rusiyadkı səfirliyi qarşısında “Vicdan məhbuslarına azadliq!” şüarı ilə akisya keçirilib.
Bu gün saat 17:00-da Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keşirilib. Yenises.ru-nun müxbirinin verdiyi məlumata görə aksiyada 15- nəfər adam iştirak edib.
Əlində “İnam, Xalq, Dövlət, Qarabag birdir!”, “Vicdan məhbuslarına azadliq!”, “80 –dən artıq din xadimlərinə azadlıq”, “Repressiyalara son qoyun!” şüarları tutmuş insanlar etirazlarını Azərbaycan hökümətinə çatdırmaq üçün səfirliyin binası qarşısına toplaşıblar.
“Hilal Məmmədovun hüqülarını müdafiə komitəsi”nin keçirdiyi etiraz aksiyasında Rusiya “Vətəndaşa yardım” komitəsinin sədri Svetlana Qannuşkina, politoloq Faxrəddin Abbaszadə, Rusiyadakı Talış diasporunun rəhbəri İsmayıl Şabanov da iştirak edib.
Piketdə ictimaiyyətin diqqətinə özünə cəlb etmək istəyən bir qrup etirazçı Azərbaycanda tutulan vicdan məhbuslarının tezliklə azadlığa buraxılmasını istədiklərini bildiriblər.
Azərbaycan Daxili işlər nazirliyinin Rusiyadakı xüsusi nümayəndəsi aksiya təşkilatçılarına yaxınlaşaraq onlarla görüşüb. Piket bəyannamə vərəqələrinin paylanması ilə başa çatıb.
Aksiyada yerli, müxtəlif ölkə KİV-lərinin nümayəndələri olub.
Ramin Kazımov
/Yenises.ru/
FOTOLAR