Moskvada azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər


Moskvada azərbaycanlı  gənclər Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
Moskvada bir qrup gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Rusiyada işləyib yaşayan aksiyaçı gənclər girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini, Ermənistanın Azərbaycana qarşı təxribatından əl çəkməsini və qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmasını tələb ediblər.

Azərbaycan mədəniyyətinin İntibahı və inkişafl fondunun (AMİİF) rəhbəri Şamil Tağıyev qeyd edib ki, gənclərin aksiyanı keçirməkdə məqsədi Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır.

“Qanunsuz saxlanmış azərbaycanlılar azad olunmalıdırlar. Bunu təkcə azərbaycanlıalır deyil, bütün dünya gəncləri istəyirlər””-deyə Şamil Tağıyev deyib.

Azərbaycan Slavyan gəncləri assossiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili isə bildirib:-“”Biz tələb edirik ki, Ermənistan tərəf beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetirərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxsınlar, qanunsuz girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etsinlər””.

Sonra aksiyaçılar Ermənistan səfirliyi qarşısında əllərində “”Xocalıya ədalət”” lövhəsi tutmaqla etirazlarını bu şəkildə qarşı tərəfə çatdırıblar.

/Yenises.ru/


Bir cavab yazın