Moskvada azərbaycanlı rəssamların “Xarı bülbül ”sərgisi


Moskvada  azərbaycanlı rəssamların “Xarı bülbül  ”sərgisi
Bu gün Moskva Millətlər evində azərbaycanlı rəssamların işlərindən ibarət “ Xarı bülbül-Sülh və sevgi çiçəyi” sərgisinə start veriləcək.
Rusiya azərbaycanlıları milli mədəni muxtariyyəti -Azərros tərəfindən təşkil olunmuş 15-18 avqust tarixində baş tutacaq sərgi adıçəkilən təşkilatın 15 illik yubileyi çərçivəsində həyata keçirdiyi tədbirlərin davamıdır.


Sərgidə Rusiyanın əməkdar rəssamı Qüdrət Qurbanov, İlhamə Qurbanova, Əsgər Məmmədov, Abbas Kazımov, Yuran Məmmədov və Günel Yuranın Azərbaycan təbiətini, tarixi-mədəni irsi abidələrini əks etdirən əsərləri nümayiş ediləcək.

Yalnız Azrəbaycan təbiətinin yetişdirdiyi və yalnız ünvanı Şuşa olan “Sülh və sevgi çiçəyi- Xarı bülbül”ün adına düzənlənən sərgidə AzərRos ilə Moskva Millətlər evi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Azərbaycanı tərənnüm edən rəsm əsərləri Sərgiyə gələn tamaşaçılar və qonaqların gözlərini oxşayacaq

“Xarı bülbül-sülh və sevgi çiçəyi” sərgisi adından qaynaqlanan ovqatını musiqi nömrələri bəzəyəcək.

Xatirladaq ki, bu gün 15 avqustda yaxın saatlarda 16:00-da Moskva Millətlər evində açılacaq sərgi 3 gün davam edəcək.

Giriş pulsuzdur.

/Yenises.ru/
Moskvada  azərbaycanlı rəssamların “Xarı bülbül  ”sərgisiMoskvada  azərbaycanlı rəssamların “Xarı bülbül  ”sərgisiMoskvada  azərbaycanlı rəssamların “Xarı bülbül  ”sərgisi

Moskvada  azərbaycanlı rəssamların “Xarı bülbül  ”sərgisiMoskvada  azərbaycanlı rəssamların “Xarı bülbül  ”sərgisiMoskvada  azərbaycanlı rəssamların “Xarı bülbül  ”sərgisi


Bir cavab yazın