Moskvada iPhone 8-in satışı başlandı, iPhone X yolda


Moskvada  iPhone 8-in satışı başlandı, iPhone X yolda
Moskvada saat 10::00 dan Apple-in yeni smartfonu iPhone 8-in satışına başlanıb. QUM-un binası qarşısında növbə isə bir sutka əvvəldən yaranıb.

REN TV-nin məlumatına görə bir dəstə toplaşandan sonra təşkilatçı peyda olub və o, siyahı tutub. Hətta onlardan biri öz növbəsini satıb. Bir qız növbədə birinci yeri 10 min rubla alıb və sonradan yerni 60 min rubldan da baha satıb.

BFM.RU-nun verdiyi xəbərdə isə yeni smartfonun ilk gün satıışı Avstraliya, ABŞ, Böyük Britaniya və Asiya ölkələrində ajiotajla qarşılanmayıb. Bu il iPhone -nun yeni modeli üçün növbədı 80 nəfərdən yuxarı insan olmayıb.

iPhone 8 -ə sahib olmaq istəyənlərə o, ekranının ölçüsündən asılı olaraq 56 990 rubldan- 76 990 rubla başa gələcək. Apple-in daha yeni bir modeli iPhone X bir az gec satışa çıxarılacaq. Əvvəlcədən sifarişə 2017-ci ilin oktaybrın 27-sində start veriləcək. Çatdırılma isə noyabrın 3-də olacaq.

Yenises.ru


Bir cavab yazın