Moskvada M.Ə. Sabirin 150 illik yubileyi keçirildi
Daş qəlbli insanları neylərdin, İlahi?!
Bizdə bu soyuq qanları neylərdin, İlahi?!- deyən M.Ə. Sabirə isti münasibətimizi sərgiləmək üçün Moskvanın Millətlər Evinin böyük zalında “Şərhriyar” ədəbi-mədəni məclisinin təşkilatçılığı ilə satirik şairin 150 illik yubileyi keçirildi.
150 il bundan əvvəl Şamaxıda dünyaya göz açıb yaşadığı cəmiyyətin neqativlərinə bəzən qəzəb, bəzən də şirin yumorla gülən, quruluş və onun idarəçilərini satiralarında amansızcasına qamçılayan şairin yaşadığı dövrdən əsr yarımlıq məsafədə olsaq da, sanki hələ də tam o əsrin içində yaşayırıq.
Bu gün üçün hələ də aktuallığını itirməyən ədəbi nümunələri dilimizin əzbərini pozmayaraq yaşadığı kimi, onun personajları da hələ ətrafımızdadır. Bəlkə Sabir yatdığı yerdən boylanıb baxsa “Əcnəbi göydə balonlarda gəzir, biz hələ avtomobil minməyiriz”-acı gerçəkliyinin du gün davam etməsindən üzülərdi.
Elə Sabirə həsr olunmuş yubileyi də onun yaradıcılığına uygun beləcə təəssüflü, təbəssümlü notlarla başladı.
Gecəni tədbirin təşkilatçısı “Şəhriyar” ədəbi məclisinin sədri Vasif Məmmədov açdı. O, Sabir yaradıcılığından, onunla bağlı mütəfəkkirlərin fikirlərindən sitatlar gətirərək ümumi məlumat xaraterli cıxış etdi.
V. Məmmədov Sabirin həyatının və yaradıcılığının müəyyən məqamlarına toxunmaq, onunla bağlı fikirlərini bildirmək üçün sözü Moskva “Ocaq” ədəbi cəmiyyətinin sədri Tofik Məlikliyə verdi.
Tofik Məlikli millətinin qeydinə qalıb, ona biganə yanaşanları elə eyni biganəliyin dili ilə satira atəşinə tutan Sabir yaradıcılığında hər bir satiranın istimai-sosial həyata güzgü tutduğunu söylədi.
“ Bu gün texniki inqilablar mənəvi-etik dəyərərin ehmal olunması üzərində inkişaf edir. Elmi texnika güclədnikcə digər bir sahədə- məhz etik-mənəvi əxlaq sahəsində tənəzzülə doğru gedir cəmiyyət. Və elə o üzdən Sabirin üsyan etdiyi çatışmamazlıqlar bu gün də aktualığını itirmir. Və bu boşluq dolmayana qədər də itirməyəcək”-dedi. “Millət necə tarac olur olsun nə işim var”-deyilən dünyadan nə qədər uzaqlaşmışıq? –deyə Tofik Məlikli təəssüflə hələ o qayda-qanunlu cəmiyyət və onun üzvləri ilə yaşamağa məhkum olduğumuzu qeyd etdi.
Tanımış yazıcı Çingiz Hüseynov isə Sabir yaradıcılığının “Harda müsəlman görürəm qorxuram” misrasındakı mənanı İslama düşmən kimi qəbul edib, Sabirin dini atəşə tutduğu fikrində olanların yanıldığını söylədi. Sabirin nə şiə, nə də sünni adətlərindən deyil, “Quran”ın qanunalrından çıxış edib İslamı o cür qəbul etdiyi düşüncəsində oldugunu söylədi.
Mirzə Ələkbər Sabirin satiralarını rus dilinə tərcümə edən şair İlham Bədəlbəyli isə çıxışında Sabirin şeirlərini rusca oxumazdan əvəvl bir maraqlı nüansa diqqər çəkdi.
Mən Sabirin oxuduğu məktəbdə təhsil almışam. Və mənim üşaq düşüncəmdə Sabir acından gözü qazanda qalan ac uşaq kimi idi. “Orucu tutdum iramazanda, iki gözlərim də qaldı qazanda”- misralarında mənimlə həmyaşıd saydığım Sabiri çox sonralar anlayacaqdım. “Sabir xalqla deyil, xalqa qarşı zülm edənlərlə, dinlə deyil, dini alət edib onu ləkəyənlərlə mübarizə aparırdı”.
“Onun ən böyük aşiqlərindən olduğunu deyən İ.Bədəlbəyli Sabirin 25 il əvvəl 125 illik yubileyi ilə əlaqədar Şamaxıya gedəndə o zaman 13 yaşlı olan oğlumu da apardığını söylədi. “ Samaxı meydanı dolu idi, o yubiley keçirilən zaman. Oğlum Teymur (Rusiyanın əməkdar artisiti Teymur Bədəlbəyli) “bu adam kimdir ki, bütün Şamaxı onun üçün bu meydana toplaşıb”- deyə soruşmuşdu. Mən ona Sabirin “Hop-Hopnamə”-sini verdim. O gündən bizim evdə ikinci bir Sabir aşıqı daha oldu-deyən İ. Bəbəlbəyli rus dilində şatirikin şeirlərini oxudu.
Gecədə cıxış edən Avrasiya və Rusiya Yazarlar birliyinin üzvü şairə Afaq Şıxlı isə Sabirə olan məhəbbətinin uşaqlıq illərində oxuduğu Hohhopnamə kitabı ilə başlandığını söylədi. Şairə, “Ay bərəkallah, nə gözəl canlarıq!” şeirini söyləyərək, şeirdəki intellegentləri bu günkülərlə müqayisə etdi.
Orta məktəbdən uşaqların yaddaşına “Uşaq və buz”la daxil olub hər kəsin içində bir Sabir yaşadan klassikimiz haqqında çıxış edənlər Azerrosun Mıtışi şəhəri üzrə sədri Siyafət Surxayev, Moskva “Əhli-Beyt” dini cəmiyyətinin sədri, Sabirin yerlisi Hacı Nizami Baloglanov da ölməz satirikimiz yaradıcılığı ilə hər bir azərbaycanlının ruhuna hopmasından, satiralarında xalqına məhəbbətədn alovlanan bir yanğının olmasından söz açdılar.
Sabirin “Xandostu, amandır qoyma gəldi” şeirinin Moskva Linqivistika institutunun tələbəsi Yuliyanın dilindən Azərbaycan dilində səsləndirməsi isə salonu gülüş və alqışlara bürüdü.
“Dərviş” teatrının aktyoru Şirzad Pirallahinin “Bəhri-təhvil”i, 157 nömrəli məktəbin müəllimi Sevil İsmayılavanın rəhbəriyi ilə Sabirin şeirlərinin motivi əsasında şagirdlərin hazırladığı kompozisiya, müənni Səxavər Qurbanovun ifa etdiyi mahnılar Sabir gecəsinə xüsusi rəng qatdı.
Gecədə M.Ə. Sabirin Moskvada yaşayan nəticələri Teymur Tahirli və Lalə Tahirli də iştirak edirdilər. Ulu babalarına bir əsr yarım keçməsinə baxmayaraq bu məhəbbətdən dolayı məmmnuluğunu bildirən Sabir nəslinin davamçıları belə bir hissi onlara yaşadan babalarının ruhu qarşısında baş əydikırini bildirdilər. Öz növbələrində tədbiri təşkil edənlərə də təşəkkür etməyi unutmadılar.
Salondan nəticələrə verilən “Sizin də babanız kimi şeir yazmaq bacarığınız varmı”-sualına gülərək “təəssüf ki, yoxdur” cavabını verdi Teymur Tahirli. “Bəs sabun biznesi necə”-zarafatına isə “ümumiyyətlə biznes sahəsindən uzağam”- dedi.
Gecədə Moskvada fəaliyyət göstərən diaspor təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tünzalə Vəliqızı, Moskva
07.12.2012“