Moskvada müxalifət Suriyada müharibə əleyhinə mitinqə hazırlaşır
Rusiyanın bir neçə müxalifət partiyası Suriyada müharibə əleyhinə mitinq keçirtmək üçün Moskva meriyasına ərizə verib. Bu haqda “Exo Moskvı”” radiostansiyasının məlumatında deyilir.
Təşkilatçılar arasında “”5 Dekabr partiyası””, PARNAS, Pusiya libertarian partiyası, “”İnsan haqları uğrunda”” və “”Həmrəylik”” hərəkatları var.
O da deyilir ki, müxalifətin mitinq keçirməkdə məqsədi cəmiyyətin diqqətini Rusiyanın Suriyadakı hərəkətinə cəlb etməkdir. Mitinqi “”İnsan haqları uğrunda”” hərəkatının icraçı direktoru Lev Ponomarev hazirlayır.
Ponomarev qeyd edib ki, mitinq Rusiyanın Suriyada hərbi iştirakınn məqsədəuyğunluğu haqda böyük söhbətinin başlanğıcı olmalıdır.
Təşkilatçılar mitinqi noyabrın 20-də keçirtməyi planlaşdırırlar.
/Yenises.ru/“