Moskvada qanlı vuruşma-Kratovolu nişançı 4 nəfəri öldürdü
Moskva ərtafındakı qəsəbələrin birində yenə qanlı olay. Yenə qatil qonşularını öldürdü. Onun saxlanması əməliyyatı bu saatlara qədər davam edir. Nişançı Böyük Vətən Müharibəsindən qalan silahları toplamaqla məşğulmuş. Silahları nə üçün topladığı isə məlum…
Moskvaərtafı Ramensk rayonunun Kratovo qəsəbəsində kişi öz evinin pəncərəsindən küçədən keçənlərə atəş edib. Atəş nəticəsində 4 nəfər adamın öldüyü bildirilib.
Şənbə günü axşam saatlarında Kratovo qəsəbə sakininin odlu silhadan qonuşalırna güllə yağdırdığı haqqinda RİA Novosti məlumat verib. Hadisə yerinə gələn Rosqvardiyanın əməkdaşları evi mühasirəyə alıblar. Lakin Kratovo nişanşısı onlara cavab atəşi açıb. O, mühasirədən çıxaraq qəsəbə yaxınlığındakı meşə massivinə qaçmağa müvəffəq olub.
Atışma törədən kişinin əvvələr Fövqəladə Hallar nazirliyi strukturunda çalışdığı və Böyük Vətən Müharibəsi illərinə aid silah axtarışı ilə məşğul olduğu deyilir.
“Cinayətkarın kimliyi məlum olub-bu 1967-ci il təvəllüdlü, əvvəllər FHN-də işləmiş və xidməti müddəti bitdiyi üçün işdən azad olunmuş İqor Zenkovdur. Onun hobbisi Böyük Vətən Müharibəsi zamanına aid silah yığmaq imiş””-deyə agentliyin sözçüsü deyib.
Agentliyə məlumat verən mənbənin sözlərinə görə cinayətkar evindəki, atışmada istifadə edilən silahları məhz bu məqsədlə yığırmış.
Daxili işlər nazirliyi qatilin qurbanlaırnın sayının 4 nəfər olduğunu müəyyənləşdirib. O da xəbər verilir ki, Kratovo nişançısı silahları da götürüb qaçıb.
Onun axtarışı hələ də davam edir. Rosqvardiyanın 200-ə yaxın əməkdaşı onu zərərləşdirmək üçün səfərbər edilib. Hadisə yerinə hərbi texnika gətirilib. 4 saatdan artıqdır ki, onun tutulması əməliyyatı davam edir. Ona yaxınlaşmaq istəyən Rosqvardiyanın əməkdaşlarına partlayıcı qumbara atır.
Digər xəbərlərdə isə onun Çeçen müharibəsində iştirak etdiyi və psixi cəhətdən sağlam olmadığı söylənilir.
Yenises.ru
“