Moskvada tutulan “Qoca” ləqəbli “qanuni oğru”nun məhkəməsi olacaq
Moskva şəhərinin Qaqarin rayon prokurorluğu cinayət aləmində “Qoca” ləqəbi ilə tanınan , 39 yaşlı azərbaycanlı “qanuni oğru” Əlibala Həmidovun cinayət işi Qaqarin rayon məhkəməsinə göndərilib. Hakim Olqa Zeldinanin rəhbərliyi ilə keçiriləcək ilk məhkəmə iclası iyunun 13-ə təyin edilib. Əlibala Həmidov RF CM-in 228-ci maddəsinin 1-ci bəndi, narkotik maddələrin qanunsuz saxlanması ilə ittiham olunur.
Xatırladaq ki, Əlibaba Həmidov martın 18-də Moskva restoranlarının bırındə Yunanıstanda 5 nəfərin “qanuni ogru” adını alması münasibətilə təşkil olunmüş məclisdə paytaxt polisi tərəfindən üstündə narkotik maddə tapılaraq saxlanılmışdır.
/Yenises.ru/