Moskvadan Kiyevin Krımı “cəhənnəm” etmə təhdidinə reaksiya
Moskva Kiyevin Krımı “cəhənnəm” edəcək ssenarisini qeyri-konstruktiv hesab edir. Bu haqda RİA Novosti Rusiya xarici işlər nazirliyindəki qaynağından aldığı məlumatına əsasən xəbər verib.
Agentliyin həmsöhbəti bildirib ki, Moskva Ukrayna XİN başçısının bu bəyanatını antirusiya mövzusuna xidmət cəhdi kimi dəyərləndirir.
“Ukrayna hökümətinin qarşısına qoyduği məqsəd,- Krıma daha çox ziyan verməkdir”-deyə xarici diplomatiya korpusunda olan mənbə deyib. Bununla yanaşı, onu da vurğulayıb ki, Ukrayna tərəfinin bu istiqamətdəki cəhdinin perspektivi sıfıra bərabərdir. Ukraynanın hansı kursu götürməsindən asılı olmayaraq, Krım Rusiyanın olaraq qalacaq.
Yenises.ru