Moskvanın mərkəzində həyəcan: Dovlət Dumasını köçürürlər


Moskvanın mərkəzində  həyəcan:  Dovlət Dumasını köçürürlər
Moskvanın mərkəzində Dövlət Duması köçürülüməsi böyük təşvişə səbəb olub. Qızıl Meydan, Manej Meydanı bağlanıb. Dövlət Duması binasının içində olanlara oranı tərk etmələri xəbərdarlığı edilir. “İnterfaks” agentliyinin məlumatında belə deyilir.

Deputat Dmitriy Qudkov isə “Twitter”-dəki auditoriyasını sakitləşdirməkdən ötrü bunun sadəcə təlim proseduru oldugunu bildirib. “Dumada yanğın həyəcanı verilib. Bizi əvvəldən xəbərdar etmişdilər. Bu sadəcə təlimdir. Həyəcanlanacaq şey yoxdur. Və hər il keçirilir!”

Bunun fonunda isə hüquq mühafizə orqanlarının Manej və Qizil Meydanı bagladığı xəbərləri yayılır. “Aleksandrovskiy Sad”a giriş artıq qapalıdır.

“Bunun Rəsul Mirzəyevin günkü məhkəmə hökmü ilə əlaqəsi varmı?”- sualına isə hüquq mühafizə orqanı əməkdaşları cavab vermirlər. Qeyd edək ki, Rəsul Mirzəyevin zərbəsindən Aqafanovu öldüyü təsdiq olunmayaraq bu gün o azad edilib. Rusiya ictimaiyyəti və millətçilərin diqqətində olan bu məhkəmə prosesi Rusiyanın qalmaqallı məhkəmə proseslərindəndi. Və hər zaman gözlənilməz qəzəbli reaksiya doğuracağı qaçılmazdı.

Hazırda Manej meydanını gəzən xarici turistlər polislərin oranı tərk etməsi xəbərdarlığına cavab istəsələr də açıqlama verən yoxdur.

Metronun “Oxotnıy ryad”, “Teatralnaya”, “Ploşşad revolyutsiya” stansiyalarında polis nəzarəti güclındirilib. Manej meydanına çoxsaylı polis qüvvələri və güc strukturlarının xüsusi maşınları gətirilib.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın