Moskvanın mərkəzində havaya atəş açan toy karvanını polis saxladı
Polis Şimali Qafqazdan olanlara məxsus toy maşın karvanını Moskvanın mərkəzi küçəsi Tverskoyda saxlamağa çalışıb. Lakin asayiş keşikçilərinə tabe olmayan karvanı saxlamaq üçün polislər əlavə qüvvə çağırmağa məcbur olublar.
Leninqrad prospektindən Tverskoy küçəsinə istiqamət götürən maşın karvanından travmatik silahlardan havaya atəş açanları Moxovoy küçəsində saxlamaq müvəffəq olunub. Dövlət Yol Hərəkkəti təhlükəszliyi müfəttişliyindən verilən məlumata görə atəş açanlar və onların olduqları maşınlar yoxlanmaq üçün şöbəyə gətiriliblər.
Hüqüq mühafizə orqanlarından verilən məlumatında 15 nəfəri saxlandığı bildirilir. Burada silahların qanuni sənədi olub-olmaması araşdırılacaq və asayişi pozduqları üçün atəş açanlara haqqında inzibati tədbir görüləcək.
Bundan əlavə daxili işlər orqanı ziyan çəkənlər varsa 02 nömrəli telefona zəng eidb çikayət etmələrini bildirib.
Qafqaz toy adəti Moskvada keçmir. Moskvanın ortasında havaya arəşlə atəşfəşanlıq isə heç keçmir.
/Yenises.ru/