MQİMO-nun tələbəsi Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür


MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Hadisə aprelin 13-də MQİMO-nun auditoriyalarının birində baş verib. Qazaxıstandan olan beynəlxalq iqtisadi əlaqələr kafedrasının 4 -cü kurs tələbəsi dostu Murtuzəli Məcidovla yüksək tonda danışırmış. Sonra qız pəncərəyə tərəf yüyürüb və özünü 4-cü qatdan atıb. Onun qabırğaları qırılıb, başı, döş nahiyəsi zədələnib və qabırğanın biri ağ ciyərinə batıb. Tələbə qızın həyatını düşüyü yerin yumşaq olması xilas edib.

Mash sosial kanalının şahdlərin verdiyi ifadələrə əsasən bildiridiyinə görə sonuncu dəfə onunla danışan Məcidov olub. Qız onu qarşılıqsız məhəbbətlə sevirmiş.

Hadisə ilə bağlı “İntihar etmə dərəcəsinə çatdırma “” maddəsi ilə cinayət işi başladılıb. Müstəntiqlər 22 yaşlı Məcidovun ifadəsini alıblar.
Mash-n məlumatına görə bu işlə bağlı onun hansı sifətdə ifadə verməsi hələ müəyyən edilməyib.

Yenises.ru


Bir cavab yazın