Nalçikdə Dövlət televiziyasının jurnalisti öldürülüb


Nalçikdə Dövlət televiziyasının jurnalisti öldürülüb
Çərşənbə günü axşam saatlarında Ümumrusiya Dövlət Teleradio şirkətinin Kabardino- Balkariya filialının “Vesti” xəbərlər proqramının diktoru Kazbek Gekkiev naməlum adamlar tərəfindən güllələnib. Hadisə yerində istintaq axtarış xidmətinin əməkdaşları çalışırlar.

Bundan əvvəl də ekstremistlər Ümumrusiya Dövlət Teleradio şirkətinin filialının iki əməkdaşını da rəhbərlik onları efirdən uzaqlaşdırmazsa, ölümlə hədələyiblərmiş.

“Rossiya-24” telekanalının məlumatına görə iki naməlum şəxslər teleaparıcıya avtomat silahdan atəş açıblar. Kazbek Gekkievin 26 yaşı varmış. O, “Kabardino- Balkariya ” Dövlət Teleradio Şirkətinin müxbiri olmaqla yanaşı, balkar və rus dillərində xəbərlər proqramının aparıcısı olub.

Ümumrusiya Dövlət Teleradio şirkətinin Kabardino-Balkariya filialının rəhbəri Lyudmila Kazançevanın dediyinə görə Kazbek Gekkiev heç bir kriminal və kəskin süjetli reportajın müəllifi olmayıb. “O diktor işləyib, efirdə xəbərlərin mətnini oxuyub. Həyatında elə pis bir şey etməyib. Onun ölümü bütün kollektivi şoka salıb”-deyə o, qeyd edib.

Hazırda hüquq-mühafizə orqanları, prokurorluq əməkdaşaları hadisə yerdindədirlər və tanınmış jurnalistin öldürülməsi səbəbi araşdırılır.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın