NATO Rusiya-Türkiyə qarşıdurmasında günahkar Rusiyanı görür
NATO-nun rəyinə görə Moskva ilə Türkiyə arasındakı konflikt Rusiya hərbi təyyarələrinin dəfələrlə türk hava sərhədlərini pozması ilə yaranıb. Bu sözləri Bakıda NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Jeyms Appaturay deyib.
“Əgər tam detalları ilə desək, buna səbəb təkrar-təkrar xəbərdarlıq edilməsinə baxmayaraq, rus hərbi təyyarələrinin Türkiyə hava sərhədlərini dəfələrlə pozması olub”.
Alyansın xüsusi nümayəndəsi qeyd edib ki, NATO-nun baş katibi tərəfləri problemli məsələləri çözməyə və qarşılıqlı gərginliyi azaltmağa çağırıb.
“NATO və Türkiyə Rusiyanın Türkiyə hava ərazisini pozmağı dayandırmaılıdır bəyanatı ilə çıxış edib”. Appaturay -,“ NATO rəhbərliyi və bütün alyans ölkələrinin niyyəti Avroatlantik məkanında şəffaflığın inkişağına və riskin azalması nail olmaqdır”-deyə əlavə edib.
Onun sözlərinə görə bu gün regionda yüksək gərginlik müşahidə edilməkdədir. Xüsusi nümayəndə buna cavabdehliyin böyük hissəsini Rusiyanın üzərinə qoyub.
/Yenises.ru/