Nazarbayevin qızı Qazağıstan senatının spikeri oldu


Nazarbayevin qızı Qazağıstan senatının spikeri oldu
Qazağıstan parlamentinin senatı palata sədrliyinə qazax lideri Nursultan Nazarbayevin qzı Dariga Nazarbayevanın namizədliyini təsdiq edib. İnterfaks bu haqda məlumat verib.

Gizli səsvermənin nəticələrinə görə Qazağıstan parlamentinin yuxarı palatasının spikeri seçkisində iştirak edən 44 nəfərin hamısı yekdilliklə ona səs veriblər.

Nazarbayev bu etimad üçün hər kəsə minnətdarlıq edib. “Tariximizin bu keçid dövründə ölkəmizin ictimai -siyasi həyatında parlamentin rolunu dərindən dərk edirəm””-deyə o, senatın bugünkü iclasında söyləyib.

55 yaşlı Dariga Nazarbayeva senatda beynəlxalq müdafiə və təhlükəsizlik məsələləri komitəsinə başçılıq edir. Əvvəlki illərdə Qazağıstan baş nazirinin müavini, Milli məclisin vitse-spikeri, “”Nur Otan”” partiyası parlament fraksiyasının rəhbəri olub.

Konstitusiyaya əsasən senata deputatların seçdiyi, dövlət dilində sərbəst danışa bilən və gizli səsvermədə palata deputatlarının səsinin çoxunu toplayan sərdlik edə bilər.

Martın 19-da Qazağıstan prezidenti istefa etdiyini bildirmişdi. Prezidentin səlahiyyətlərini 2020-cı ilin aprelinə kimi senatın sabiq spikeri Qasım-Comert Tokayev icra edəcək.

Bu gün-martın 20-də Tokayev Qazağıstan prezidenti vəzifəsinə başlayıb.


Bir cavab yazın