«Neftçi » komandasının yetirməsi Rafiq Əlizadə 72 yaşında Moskvada vəfat edib
“Neftçi”nin veteran futbolçusu, hücumçusu Rafiq Hüseyn oğlu Əlizadə Moskvada qəfil dünyasını dəyişib. Banişevski kimi əfsanəvi futbolçu ilə bir meydanı paylaşan Rafiq Əıizadə özü də Azərbaycan futbolunun əfsanələrindən idi.
Tanınmış futbolçu RafiqHüseyn oğlu Əlizadə 1949-cü il fevralın 19-da Bakı şəhərində doğulub. O, 1966-cı ildə “Neftçi” komandası SSRİ çempionatında bürünc medal alandan bir il sonra komandaya gəlib. 18 yaşlı gənc futbolçu 1967-ci il may ayının 19-da “Neftçi” komandasının heyətində SSRİ Kuboku uğrunda yarışmanın 16/1 final matçında Çelyabnskinin “Lokomotiv” komandasına qarşı oyunda meydana çıxır və bir neçə dəqiqədən sonra ilk qolunu hesabına yazdırır.
SSRİ çempionatında doğma “Neftçi” komandasının tərkibində 1969-1972, 1977-1982-ci illərdə 143 oyuna çıxıb, 5 qol vurub.
O, hücumçu və yarımmüdafiəçi olaraq əsasən qol pasları verən oyunçu kimi yadda qalıb.
Veteran futbolçu komanda yoldaşlarından söhbət açanda əfsanəvi Anatoli Banişevski, Bruxti, Semiqlazov kimi oyuçularla meydana çıxdığından qürurla danışırdı.
Rafiq Əlizadənin futbol karyerasında 15 mövsümdə 211 oyun keçirib və hesabına 13 qol yazdırıb.
1973-c ildə Tiraspolun “Zvezda”, 1975- ci ildə Odessanın “Çernomorets” komandalarında oynayıb. 1976-cı ildə yenidən Bakının “Neftçi” komandasına qayıdıb. Elə həmin il komandanın güclülər dəstəsinə vəsiqə qazanmasına yardım edib.
Futbol karyerasını 1989-cü ildə bitirən Rafiq Əlizadə sonradan məşqçi, texnik direktor kimi meydanlara qayıdır. Uzun müddət Moskvada “Dina” komandasının idman direktoru işləyib.
.Rafiq Əlizadə SSRİ idman ustası və Rusiyanın əməkdar məşqçisi idi.
Yanvarın 6-da Moskvada qəfil dünyasını dəyişib.
Tanınmış futbolçumuzun qəfil və vaxtsız ölümündən kədərlənir, Moskvada yaşayan azərbaycanlı ziyalıları adından mərhumun ailəsinə, yaxınlarına və futbol camiəsinə başsağlığı veririk.
Allah rəhmət eləsin!
YENİSES.RU