“Neolit””də başlayan dava “”Neolit””də barışıqla bitdi”


"Neolit"də başlayan dava "Neolit"də barışıqla bitdi
Çeçen və azərbaycanlılar kütləvi davadan sonra barışıdlar.

Moskvanın çənub-şərqində yerləşən “Neolit” restoranında baş verən kütləvi davadan sonra çeçen və azərbaycan diasporu bir araya gəliblər. Görüş hadisə baş verən həmin restoranda baş tutub.

Söhbət barışıqdan gedib. Hər iki xalqın nümayəndələri bir-birini “qan qardaşları” adlandırıblar.

“Azərbaycanlılar- bizim qardaşlarımızdır. Kimsənin bizim qardaş Azərbaycan xalqını təhqir etməyə haqqı yoxdur”-deyə çeçen diasporunun nümayəndələrindən birinin sözünü “360”-cı kanal misal gətirib.

Ona qarşılıq olaraq azərbaycanlılar çeçenlər üçün “ölməyə hazır olduqlarını” deyiblər.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Moskva kafesində baş verən silahlı hücum Azərbaycan və Çeçen xalqları arasında münasibəti poza bilməz. O, öz ölkəsinin, eləcə də “qardaş çeçen” və Rusiyada yaşayan digər xalqların nümayəndələrini “belə neqativ insidentlərə yol verməməyə” çağırıb.

YENİSES.RU


Bir cavab yazın