Netanyahu Avropanı Trumpun Qüdslə bağlı qərarını dəstəkləməyə çağırdı


Netanyahu Avropanı Trumpun Qüdslə bağlı  qərarını dəstəkləməyə çağırdı
İsrailin baş naziri Benyamin Netanyahu Avropa Birliyinə səfəri zamanı ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı olaraq tanınması ilə əlaqədar qərarını təsdiqləyib və Avropalılardan da eynisini gözlədiyini söyləyib. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Bu ərəfələrdə Brüsseldə AB xarici işlər nazirləri ilə görüşdə də Netanyahu Trampın fələstinlilər və Avropa hökumətləri tərəfindən qınandığı qərarının Yaxın Şərqdə sülhün bərqərar olmasına yardım edəcəyini deyib. O, fələstinliləri “İsrail bir Avropa dövləti , Qüds də onun paytaxtıdır”” həqiqətini tanımağa çağırıb.

Qısa müddət əvvəl Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini jurnalistlərə bildirmişdi ki, Avropa İttifaqı Qüdslə bağlı “”beynəlxalq konsensusa”” riayət edəcək.

Əvvəllər İsrailin baş naziri Avropanı ikili standartlı siyasət yürütməkdə qınamışdı.

Yenises.ru


Bir cavab yazın