Nişanlısının səsini eşidib komadan ayıldı
Sevgi nəyə qadirmiş. Və bunlar təkcə filmlərdə yaşanmır. 10 ay əvvəl ingilis müəllim Mezev Teylor qəza nəticəsində ağır yaranıb. Yaralandığı zamandan komaya düşən Teylora mobil telefonundan nişanlısının səsini dinlədiblər. Teylor gözündən yaş axıdaraq ilk həyat nişanəsi göstərib.
Xarırladaq ki, İndoneziyada müəllimliklə məşğul olan Teylor motosklet qəzasında ağır yaralanaraq komaya düşüb. 31 yaşlı müəllim İngiltərə xəstəxanalarının birinə yerləşdirilib. 10 ay boyunca komada qalan Teylor vizası bitdiyi üçün Baliyə dönməyə məcbur olan nişanlısı Anda Nurulun səsini duyduğunda vücudu buna reaksiya verib.
Nurul zəng etdiyində ailəsi telefonu Teylorun qulağına yaxınlaşdırıb. Nişanlısının səsini eşidəndə gözündən yaşlar axan Teylor Nurulun soruşduğuna “bəli ” deyə cavab verib. Ntvmsnbc’nin xəbərinə görə Teylor telefon zənglərinə reakisya verir və əlini telefona uzadırmış.
/Yenises.ru/