Oğuzda futbol seminarı keçirilib (FOTO)
Oğuz şəhərində Açıq Əyləncəli Futbol Məktəblərinin məşqçiləri üçün təşkil olunmuş seminara yekun vurulub. Seminarda Sumqayıt, Qusar, Masallı, Yardımlı, Oğuz, Yevlax, Ağdam, Bərdə, Astara, Mingəçevir və Göyçaydan olan 120 məşqçi iştirak edib. Bu məşqçilər seminarda aldıqları biliklərini sentyabrda başlayacaq Açıq Əyləncəli Futbol Məktəblərinin fəaliyyətində tədbiq edəcəklər.
Ümumiyyətlə, 10 məktəbin fəaliyyətində 2000 uşaq, 120 məşqçinin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, ölkəmizdə Açıq Əyləncəli Futbol Məktəbləri on ildir ki fəaliyət göstərir və bunlara AFFA-ın birinci vitse- prezidenti Rauf Əliyev rəhbərlik edir.
Ramin Kazımov
/Yenises.ru/
FOTOLAR