Olimpiada 2012-nin mükafatçısı xəstə uşaq üçün medalını auksiona çıxaracaq
Polşalı vidserfinq- (yelkənli qayıq) yarışmasının bürünc medalçısı Sofiya Noseti Klepaka mükafatını auksiona çıxaracağını bildirib. Qonşuluğunda yaşayan 5 yaşlı xəstə uşağa pul toplamaq üçün o bu addımı atıb.
Juka adlı uşaq 26 yaşlı idmançının qonşuluğunda yaşayır və uzun müddətdir ki, xroniki fibroz- nəfəs almağa mane olub infeksiya yaradan və bütün orqanların fəaliyyətinə mane olan xəstəlikdən əziyyət çəkir.
London Olimpiadasında aldığı bürünc müdalı satışa çıxarmasına Beynəlxalq Olimpiya Komitəsi mənfi yanaşsa da, Lozannadan hələ ki, bununla bağlı heç bir ittiham gəlməyib. Sofiya medalını satmaqla 5 yaşlı qızcığazın həyatını qurtarmaq fikrindədir.
İdmançının balaca qonşusu 5 dəfə cərrahi əməliyyat keçirib, uşağın yaxınları onun müalicə xərclərini zorla ödəyirlər. “Biz inanırıq ki, Jukanın səhhətini bir az yüngüləşdirmək olar və buna görə medalımı satıram”-deyə idmançı açıqlama verib.
Sofiya hələ London Olimpiadasına getməzdən əvvəl medalı bu qiz üçün udacağına söz veribmiş. O balaca qonşusuna oyuncaq qəsr alacağını və isti ölkələrdə istirahət etməsini təmin edəcəyini vəd edib. “Juka mənim ən balaca azarkeşimdir, o da mübarizə aparır, amma öz xəstəliyi ilə. Juka mən sənin üçün medal qazanacam!”- deyə Olimpiadaya getməzdən əvvəl öz facebook səhifəsində Sofiya Noseti-Klepaka bunları paylaşıb.
Juka da öz növbəsində böyük rəfiqəsini yaddan çıxarmayıb, Londonda olanda ona dəfələrlə zəng edib. Sofiya auksionunun yaxınlarda olacağını bildirib. Əlavə olaraq, könüllülərdən balaca qıza pul yardımı etməyi xahiş edib.
/Yenises.ru/