Ovçuluq


Ovçuluq

Müsəlmanlar yalnız halal ət yeməlidirlər.
Bunu hamı bilir.
Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olduğunu nəzərə alsaq, belə bir sual ortaya çıxır: ov əti halaldırmı?
Ekspertlərin dediyinə görə, ovlanan heyvan ceyran və ya dağ keçisi kimi vəhşi olmalıdır, qaçmağa və ya uçmağa qadir olmalı, əti halal olmalıdır.

Ovlanmış heyvanın ətinin pak və halal olmasının 5 şərti var:
– ov silahı bıçaq və qılınc kimi kəsici və ya nizə və ox kimi parçalayıcı olmalı,
– ovçu həddi buluğa və yaxşını pisdən ayıra bilən yaşda müsəlman olmalı,
– ov silahı ov üçün istifadə olunmalı,
– silah işə salınmazdan qabaq Allahın adı çəkilməlidir.
– ovçu heyvana çatdığı zaman heyvan ölmüş olsa və ya heyvanı kəsməyə vaxt olduğu halda o kəsilmədən ölsə, haramdır.

Ekspertin fikrincə, yalnız ov itlərinin ovladığı heyvanın əti halaldır.
Ov itinin dişləyib öldürdüyü heyvanı kəsməyə (zibh) ehtiyac yoxdur. Çünki itin vurduğu yara kəsilməyə bərabərdir.
Ov itinin şərtlərindən biri budur ki, tutduğu ovu sahibi çatanadək yeməsin.
İt özbaşına yox, sahibinin əmri ilə ov etməlidir.
Əgər it, sahibinin göstərişi olmadan bir heyvanı ovlasa, həmin heyvanın əti halal deyil.
Sahibin əmri ilə itin ovladığı heyvan halal sayılır.
Ovçu itə əmr edərkən ”Bismillah” deməlidir.
Əgər bilərəkdən “Bismillah” deməsə, ovlanmış heyvanın əti halal deyil.

Şəriət bir sıra heyvanların ətini iyrənc hesab etdiyindən onların dadına baxmaq haramdır:
caynaqlı (yırtıcı) quşların əti.
qanad çalmayıb süzən, çinədansız, mahmızsız quşların da əti,
diri heyvandan qoparılmış ət parçası,
pulsuz balıqlar,
donuz, fil kimi əti haram heyvanlar da haramdır.
Balığa gəlincə, dini ekspertin fikrincə, balıq hansı vasitə ilə ovlanır ovlansın, sudan diri vəziyyətdə çıxarılmalıdır.
Əgər balığı dalğa vurub sahilə çıxararkən onu diri halda tutmaq mümkün olsa, halaldır.

Peşəkarlara xeyirli ovçuluqıar…
Dini yasaqları unutmamaq şərtilə…


Bir cavab yazın