Özbəkistanın birinci prezidentinin qızı Gülnarə Kərimova həbs edildi


Özbəkistanın birinci prezidentinin qızı Gülnarə Kərimova həbs edildi
Hüquq mühafizə orqanları Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnarə Kərimovanın həbs olunması faktını təsdiqləyib, lakin onun harada olduğu haqqında məlumatı açıqlamayıb.

Baş prokuror TASS-ın müxbirinin sualına cavabında “haqqında həbs-qəti imkan tədbiri deyildiyində ev dustaqlığı nəzərdə tutulmur”” deyib.

Bununla yanaşı, qurumdan Gülnarə Kərimovanın hansı məhkəmədə, nə zaman və hansı müddətə həbs olunması qərarına aydımlıq gətirilməyib.

Bi-Bi-Si-nin Özbəkistan xidmətinin verdiyi məlumata görə Gülnarə Kərimovanın oğlu İslam Kərimov avqustun 1-də anasının həbsə göndərilməsi ilə bağlı 3 iyul tarixli məhkəmə sənədi alıdığını söyləyib. Qeyd olunur ki, sənədin doğruluğunu təsdiq etmək üçün imkanı yoxdur.

Ekspert güman edir ki, cinayət işi ilə bağlı 2015-ci il avqustun 21-də Daşkənd məhkəməsinin qüvvəyə minmiş qanuni qərarına əsasən Kərimova 5 il azadlıqdan məhrum edilməsi şərti xarakter daşıyır və ola bilsin ki, hazırda o, daxili işər nazirliyinin müvəqqəti təcridxanasında və ya Milli Təhlükəszilik xidmətində saxlanılır.

İyulun 29-də bir neçə il sükutdan sonra Özbəkistan höküməti rəsmi şəkildə Kərimovanın taleyi haqqında məlumat vermiş, onun həbs oldunduğunu bildirmişdi. Respublika baş prokuroru sabiq prezidentin qızının hələ 2015-ci ilin avqustunda bir sıra iqtisadi cinayatdə günahkar bilinərək 5 il azadlıqdan məhrum edildiyini deyib.

Kərimova 595 milyon dollar dəyərində başqasının əmlakını mənimsəmək, mobil rabitə opertoru abonent xidməti haqqına əlavə 96,5 milyon dollarlıq faiz tutdurmaq və ofşor kampaniya hesabından dolandırma yolu ilə 29,1 milyon avro almaq, 520 milyon dollar məbləğində qanunsuz radiotezlik və torpaq sahəsi satmaq kimi cinayətlərdə günahlandırılıb. İstintaq versiyasına görə cinayət yolu ilə qazandığı aktivlər 12 ölkədə, o cümlədən Rusiyada saxlanılır.

Yenises.ru


Bir cavab yazın