Pakistanda «Quran» a hörmətsizlik edən adamı yandırdılar


Pakistanda   «Quran» a  hörmətsizlik edən adamı  yandırdılar
Pakistanda qəzəblənmiş kütlə “Quran”a hörmətsizlik etməkdə şübhəli bilinən adamı polis şöbəsindən çıxarıb qəddarcasına döyəndən sonra yandırıblar.

Hadisə Pencabın Pakistan hissəsindəki Bahavalpur şəhərində baş verib. Müqəddəs kitabı təhqir etdiyi üçün polis tərəfindən tutulan kişi camaatın qəzəbinin qurbanı olub. O, “Quran”ının vərəqlərini cırıb küçəyə səpələyirmiş.

Sorğu zamanı kişi polislər kişinin psixi cəhətdən sağlam olmamasından şübhələniblər. hökümət nümayəndəsinin dediyinə görə o, saxlandığı kamerada oxuyur və gülürmüş. Onun ağıllı və ya dəli olmasını hüquq-mühafizə orqanları ayrıd etməyə imkan tapmadılar.

Minlərlə pakistanlı dini təhqir edənin cəzasını özləri verməyi qərara alıblar. Polis şöbəsinin qarşısına toplaşaraq “onların gözü önündə adamı edam etməsələr bunu özləri edəcəkləri ilə polisi təhdid etdiklərini” polis rəisi Qulam Mohiuddin bildirib. Buna baxmayaraq, polislər tutulan adamı müdafiə etmək istəyiblər. lakin kütlə ilə polislərin qüvvələr nisbəti qeyri-bərabər oldugundan polisin müqavimətini qıraraq adamı polis şöbəsindən çıxarıblar.

Huffington post-un yazdığına görə dini fanatlar bir neçə polis maşınını yandırıb və polislərə xəsarət yetiriblər.
Bundan sonra onlar tutulan adamı “Quran”ı cırıb vərəqlərini səpələdiyi küçəyə gətirərək üstünə benzin töküb yandırıblar.
Daxili işlər nazirliyinin baş zabiti Muhammed Azhar Qucarın sözlərinə görə yenə də ürəkləri soyumayan qəzəblənmiş kütlə polis rəsinin evinə hücum edib, onun evinin mebellərinə və bütün əşyalarına od vürüblar.

Hadisə Pakistanın mübahisəli qanununu bir daha xatırlatmağa məcbur edir. Qanuna görə kim İslamı və ya “Quran”ı təhqir etməkdə günahkar bilinərsə o ölüm cəzasına məhkum oluna bilər.Bbu çox nadir hallarda baş versə də, sakinlər bunu özləri yerinə yetirirlər.

/Yenises.ru/


Bir cavab yazın