Pan Qi Mun Əsədi insanlığa qarşı cinayətdə suçladı
BMT-nin baş katibi Pan Qi Mun Bəşər Əsədin başçılıq etdiyi Suriya rejimini insanlığa qarşı çoxsaylı cinayətdə suçlayıb. Pan Qi Mun onu da bildirib ki, Suriyanın kimyəvi silah işlətməsi haqqında olan hesabat ona gəlib çatıb. Hesabatın nə zaman açıqlanacağı haqqında isə heç nə deməyib, o hələlik gizli saxlanılır.
BMT baş katibi qeyd edib ki, təşkilatın ekspertləri Suriya hesabatı üzərində işi başa caşdırıblar. Tezliklə hesabatın elan olunacağını isə “Exo Moskvı” radiostansiyası xəbər verib.
Bəsər Əsədi insanlığa cinayətdə süçlayan Pan Qi Mun onun kimyəvi silah işlədilməsində cavabdehlik daşıması haqqında bir söz deməyib. Baxmayaraq ki, o, Suriyanın kimyəvi silah işlətməsi faktına əmindir və hesabatın da bunu təsdiq edəcəyini düşünür.
Hazırda Rusiya XİN başçısı Sergey Lavrovla ABŞ dövlət katibi Jon Kerri arasında danışıqlar gedir. Rusiya tərəfi Amerikanın Suriyaya silahlı müdaxilə təhlükəsini azaltmağa çalışır. Danışıqların məsqədi Suriya məsələsində “Cenevrə-2” sülh konfransı təşkil etməyi razılaşmaqdır.
Bir az əvvəl ABŞ prezidenti Barak Obama Cenevrədə iki ölkə rəsmi yetkilisi arasındakı görüşdə nəticə əldə ediləcəyinə inandığını bəyan etmişdi. Buna qədər o, Suriya kimyəvi silahı beynəlxalq nəzarətə verdiyi halda ora hücümun təxirə salına biləcəyini də söyləmişdi. Bu planı Rusiya XİN təklif etmiş, ABŞ isə onu “potensial pozitiv” strategiya kimi qiymətləndirmişdi.
Bununla yanaşı, rəsmi Vaşinqton hesab edir ki, 21 avqustda Dəməşq yaxınlığında 1,4 min insanın ölümü ilə nəticələnən hücumda Suriya höküməti kimyəvi silahdan istifadə edib-etməməsinə sübut axtarmağa ehtiyac yoxdur.
Məhəmməd
/Yenises.ru/