Parisdəki terroru araşdıran komissar intihar edib


Parisdəki terroru araşdıran komissar intihar edib
Əlavə məlumata görə polis Erik Fred kabinetində tabel silahı ilə özünü güllələyib.

Fransa polisi Charlie Hebdo satirik jurnalının redaksiyasında törədilən terroru araşdıran komissar Erik Fredin intihar etdiyi haqda məlumat verib.
Hüquq muhafizə orqanının əməkdaşı 9 yanvar gecəsi polis bolməsindəki kabinetində tabel silahı ilə özünü güllələyib.

Fred Parisdəki redaksiyaya edilən hücümu araşdırır və ölənlərin ailələri ilə tez-tez danışırdı. Komissar yaraqlıların Charlie Hebdo redaksiyasına hücumu ilə bağlı hazırladığı hesabatı başa çatdırmadan özünü öldürüb.

45 yaşlı komissar Limoj şəhərinin sakinidir. Karyerasına 1997-ci ildə Versaldakı regional məhkəmə polisi bölməsində polis zabiti kimi başlayıb. Sonra Vətənə qayıdaraq 2012-ci ildən regional polis xidmətində direktor müavini vəzifəsində çalışıb.

İntihar edən komissarın atası da polis işçisi olub. Anası isə tibb bacısıdır. Erik ailəli idi. Lakin uşağı olmayıb. Hüquq mühafizə orqanı özünəqəsdin hansı motivdən baş verdiyi haqda ehtimal irəli sürməyib. Lakin onun son zamanlar dilxor və emosional cəhətdən gərgin oldugu deyilir.

Onu da qeyd etmək yerinə düşər ki, Erik Fred 2013-cü ilin noyabrında polis bölməsində yaxın həmkarının meyidini tapıb. O da tabel silahı ilə özünü güllələyibmiş. Maraqlıdır ki, o da Fredlə yaşıd olub.

Xatırladaq ki, 7 yanvarda Əlcəzair doğumlu olan fransalı Şerif və Said Kuaşi qardaşları satirik jurnalın redaksiyasına silahlı basqın edərək qətl törədiblər. Hadisə nəticəsində jurnalın əməkdaşları da olmaqla 12 insan qətlə yetirilib. Əvvəlcə onlara kömək etməkdə şübhəli bilinən 18 yaşlı Hamid Murad saxlanılıb. Lakin onun təqsirsizliyini təsdiq edən əsaslı dəlili olduğu üçün buraxılıb.

/Yenises.ru/


Bir cavab yazın