Patruşev Rusiyanın Ukraynanı hədələməsi iddiasını absurd adlandırıb
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın guya Ukraynanı hədələməsi ilə bağlı iddiaları “tamamilə absurd” adlandırıb. Onun sözlərinə istinadən TASS xəbər verir.
“Heç bir təhlükə yoxdur”, – Patruşev vurğulayıb və əlavə edib ki, Ukrayna xalqı, o cümlədən rəsmilər Moskva tərəfdən bir təhlükə olmadığını bəyan edirlər.
“Xeyr, Amerika rəsmiləri deyirlər ki, təhlükə var və onlar sonuncu ukraynalını silahla təmin edərək döyüşməyə hazırdırlar”, – deyə Təhlükəsizlik Şurasının katibi şərh edib.
Daha əvvəl CNN ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden və onun köməkçiləri Ukrayna hakimiyyətinin gözlənilən işğalla bağlı “təhlükəni azaltmasından” və həmçinin Vaşinqtonun dəstəyini “çox minnətdar olmadan” qəbul etməsindən narazıdırlar.
Qərb ölkələri dəfələrlə Rusiyanı Ukraynaya “işğal” hazırlamaqda ittiham ediblər. Kreml bildirib ki, bu cür ittihamların heç bir əsası yoxdur və Rusiya digər dövlətlərə hücum etmək fikrində deyil.