Peres yeni höküməti qurmağı Netanyahuya tapşırdı
İsrail Dövlət başçısı Şimon Peres baş nazir Binyamin Netanyahuya yeni höküməti qurmaq tapşırığı verib.
Yanvarın 22-də İsraildə keçirilən seçkiləri “Evimiz İsrail” partiyası ilə bir ittifaqda başa vuran “Likud” partiyası lideri Netanyahu 6 hafta ərzində yeni bir koalisiya höküməti qurması ilə 3-cü dəfə baş nazir olacaq.
Netanyahu seçkilərdən sonra verdiyi açıqlamada “mümkün qədər geniş əhatəli, sabit bir hökümət qurmaq istədiyini”-bildirmişdi.
Binyamin Netanyahu yeni koalisiya partiyasının ən əsas vəzifəsinin İranın nüvə silahı yaratmasını əngəlləmək , regiondakı silah ehtiyatları ilə maraqlanmaq və Fələstinlilər ilə barışmaq olacağını deyib.
/Yenises.ru/