Peterburqda Xodorkovski ilə telekörpü “minalandı”, elektrik kəslidi
Görüşə mane olan sirenanın sədaları altında elektriki kəsilmiş otelin iclas zalında Xodorkovski ilə telemost keçirilib.
Peterburqda “Otkrıtaya Rossiya” Xodorkovskinin iştirakı ilə telekörpu təşkil edib. Görüş iştirkakçılarının toplaşdığı otelə polislər səhər erkəndən gəliblər. Telekörpü başlamazdan əvvəl otelə bomba qoyulduğu elan edilib, sonra isə işıqlar söndürülüb. Bu haqda görüşün təşkilatçıları Twitter-dən məlumat veriblər.
“Otkrıtaya Rossiya”-nın koordinatoru Vladimir Kara-Murza xəbər verib ki, otelə bomba qoyulması elanından sonra itirakçılar zala daxil olmaqdan imtina etdilər.
Newcatser TV-nin nümayədəsi Ruslan Leviyev yazıb ki, bizim elektriki kəsdilər, lakin translyasiya üçün bunun əhəmiyyəti yoxdur… Problem deyil, biz telemostu küçədə də qura bilərik.
Xodorkovski ilə telekörpü “Otkrıtaya Rossiya” saytından birbaşa translyasiya edilib. Xodorkovski görüş zamanı qeyd edib ki, rejim gec-tez çökəcək. Çünki bütün avtoritar rejimlər dağılır. O hesab edir ki, rejim böhran nəticəsində yıxılır və bunun uzanmasına imkan vermək lazim deyil. “Bir Krımla Putin 2018-ci ildəki növbəti seçkilərə qədər gedə bilməyəcək”-deyə Xodorkovski əminliklə bildirib.
Əsas vurgulalan mövzu – coxsaylı manipulyasiya ediləcəyi gözlənilən siyasi seçkilərdə iştirak edib-etməmək. “Otkrıtaya Rossiya” Peterburqda bələdiyyə seçkilərinin məhz belə keçirildiyini düşünür. “Seçki komissiyasını məxfiləşdirdilər, namizədləri fiziki olaraq sənəd verməyə buraxmadılar, onları qeydiyyata almaqdan imtina etdilər, kütləvi şəkildə “təcili səsvermə” keçdirdilər. Seçkilərin nəticələrinə görə “Yedinaya Rossiya” 80 faiz mandat aldı, demokratik müxailfəti bələdiyyələrə buraxmadılar. “Qolos”un müşahidəçiləri Peterburqda seçicilərin azad istəyi total şəkildə təhrif edildi”.
Son zamanlar Mixail Xodorkovski Rusoyanın siyasi həyatı haqqında bir neçə rezonansdoğurucu bəyanatlar verib. O, bildirib ki, RF-da böhran olarsa prezident olmağa hazırdır. Ölkənin daxilindəki şərait barəsində isə eks –oliqarx Vladimir Putinin bütün Rusiyanın 10 ilini oğurladığını, ölkə iqtisadi böhrana doğru getdiyini və bunun da 1917-ci il inqilabının təkrar olunmasına gətirib çıxaracağını vurğulayıb.
Telekörpü işıqsız və internetsiz zalda batareyka və mobil internetin gücü və zamanı çatana qədər davam edib. Son söz olaraq Xodorkovski bu şəraitə qiymət verərək “görüş iştirakçıalırnın bu şərtlər altında işləməsini əsl qəhrəmanlıq hərəkəti” adlandırıb. Və.. telemost batareyanın da sonməsi nəticəsində tamamlanmamış cümlə ilə başa çatıb.
/Yenises.ru/