Piter terrorunu qırğız əsilli RF vətəndaşının törətdiyi ehtimal olunur
Qırğızıstan Xüsusi xidməti terror aktinin icraçısı qırğız əsili Rusiya vətəndaşı olduğu ehtimalının araşdırıldığını bildirib. “İnterfaks”” canlı bombanın təklikdə hərəkət etdiyini xəbər vermişdi. “”Kommersant.ru”” isə partlayışı mütəşəkkil bir qrupun hazırladığını qeyd edib.
Qırğızıstan Xüsusi xidmətindən bəyan ediblər ki, Peterburqdakı terroru Rusiya vətəndaşı Akborcan Cəlilov həuyata keçirə bilər. Bu haqda “”İnterfaks”” respublikanın Dövlət Milli təhlükəsizlik komitəsinə istinadən məlumat verib.
Agentliyin sözçüsünün dediyini görə, “”terrorun icraçısı Oş sakini və hazırda RF vətəndaşı olan 1995-ci il təvəllüdlü Akborcan Cəlilov ola bilər””.
Dövlət Milli təhlükəsizlik komitəsinin rəsmi nümayəndəsi Rahat Süleymanov “”İnterfaks””a Sankt-Peterburq terrorunun güman edilən icraşısınin Qırğızıstandan olduğunu təsdiq edib.
Onun sözlərinə görə hazırda qırğız xüsusi xidmət orqani Rusiyadakı həmkarları ilə əlaqədə və birgə işləyirlər.
Peterburq terrorunu Qırğızıstandan çıxmış vətəndaşın tərətdiyi haqqında ilk “”Fontanka.ru”” yazmışdı. Saytın verdiyi məlumata əsasən terror törətməkdə şübhəli bilinən 22 yaşlı Akborcan Cəlilov Oş şəhər sakini olmuş və 6 ildən artıqdır ki, Sankt-Peterburqda yaşayır. O, Rusiyada yaşadığı müddətdə bir neçə pasport dəyişib.
/Yenises.ru/
“