Polis Nyu-Yorkda partlayış törədənin kimliyi haqda məlumat verib
Polis Manhettindəki Port Atoriti avtovağzalı yaxınlığında yeraltı keçiddə meydana gələn partlamada şübhəlinin şəxsiyyəti ilə əlaqədar məlimatda onun 27 yaşlı Akayed Ull olduğu deyilir. Bu barədə TASS agentliyi şəhər polis rəisi Ceyms O’Neilə istinadən xəbər verib.
Onun sözlərinə görə, şübhəli yaralanıb, hazırda həbs olunub və xəstəxanadadır. Mətbuatın bunddan əvvəl yaydığı məlumatda partlayış nəticəsində onun hadisə yerində öldüyü bildirilmişdi.
“O, qəsdən partlayıcı qurğunu hərəkətə keçirib””, -deyə O’Neil bildirib, əldəqayırma bomba zərərverənin bədəninə yerləşdirilin.
Media saxlanılan şəxsin Banqladeşdən olduğunu, son yeddi ildə isə Bruklində yaşadığını yazmışdı. Polis hadisəni terrorla əlaqələndirir.
Partlayışın nəticəsində şübhəli ilə hanaşı üç nəfər yaralanıb. Ən yaxın metro xətti evakuasiya olunub, hadisə yerində daha 1-2 ədəd partlayıcı qurğu aşkar edilib.
Hadisə haqqında ABŞ prezidenti Donald Trampa məlumat verilib.
Yenises.ru “