Pozner Rusiyada müstəqil KİV-in olmadığını bəyan edib
Tanınmış telejurnalist, “Bizinci kanalda”” verilişinin aparıcısı Vladimir Pozner Rusiyada müstəqil medianın olmadığını söyləyib. O, İnsan haqları üzrə prezident şurası və mediadan şikayət ictimai kollegiyasının birgə keçirdiyi azad söz sahəsindəki vəziyyətə həsr olunmuş konfransda kəskin bəyanatla çıxış edib.
“”Mən hələ işləyirəm, amma güman ki, bu çıxışdan sonra işləyə bilməyəcəm”” -deyə Pozner narahatçılığını da gizlətməyib.Onun sözlərinə görə dövlətlə KİV arasındakı münasibətlər ancaq və ancaq KİV haqqında qanunla tənzimlənməlidir. İndki Rusiyada isə bu tamam fəqlidir.
Pozner -“”Mən əminəm ki, ya KİV dövlətdən asılı olmur və onda dördüncü hakimiyyət sayılır, ya da dövlətdən asılı olaraq nəinki dördücü hakimiyyət, hətta KİV belə sayılmır və dövlətin təbliğat alətinə çevrilir. Federal kanalların xəbərlər proqramlarına baxmaq kifayət edər. Çünki onların hamısı eynidir “” -deyib.
Tanınmış jurnalist onu da qeyd edib ki, Dövlət tərəfindən nəzarət olunan media bu gün bir işlə məşğuldur: onlar dövətin görmək istədiyi müəyyən ictimai rəyi formalaşdırırlar. SSRİ zamanında onları “”ideoloji cəbhənin əsgərləri adlandırırdılar.
Pozner bu gün Rusiyada real müstəqil KİV-ni barmaqla saymaq olar deyib. Yalançımüstəqil KİV-ə misal olaraq, “”Exo Moskvı”” radiosunun 65 faizinin “”Qazprom-Media””ya məxsus və bu holdinqin kimindir hamı bilir. Biz bilirik ki, əgər dövlət istəməzsə, “”Exo Moskvı”” heç nə edə bilməz””-deyə telejurnalist fikrini əsaslandırıb.
Pozner KİV-in dövlətin əlində olduğunu, hansını istəsə bağlaya və ya aça bildiyini də dilə gətirib. “”Bu mənada bu gün əsl müstəqil KİV yoxdur. Bu gün Rusiyada jurnalistika sənəti də yoxdur, jurnalistlər var””.
Pozner bu gün mövcud senzuranın televiziya efirinə istənilən qonağı dəvət etməyə imkan vermədiyini də etiraf edib. “”Mən bilirəm ki, elə adamlar var ki, onlara maraq böyük olsa da, mən “”Birinci Kanalda “” proqramına elələrini çağıra bilmərəm. Mən Nemtsovu dəfələrlə dəvət etmək istəmişdim. İndi dəqiq dəvət edə bilmərəm””-deyə jurnalist təəssüf edib.
/Yenises.ru/“