Pul ver, “uzümə tüpür!”
Bu da almanlardan çıxdı. İki alman “mənə söy, əvəzində pul ödə” təşəbbüsünə imza atdı. Onlar əsəbləşib birilərini söymək isəyənlər üçün “qaynar xətt” yaradaraq bu xidməti təklif etdilər.
Ralf Şulte və Aleksandr Branderburgerin xüsusi “qaynar xətt” açaraq, müştərilərinə kimi və necə söymək istıyirlərsə buna imkan yaratdıqları haqqında Thueringische Landeszeitung qəzeti məlumat verib.
“Qaynar xətt” iki həftəyə yaxındlr ki, fəaliyyət göstərir. Telefon zənglərinə “ixtiraçıların” qohum və yaxınları cavab verirlər. Bu anonim zəngin bir dəqiqəsi 1, 49 avrodur. Bu pulun müqabilində zəng edən istədiyi şəkildə qışqıra, bağıra, təhqir edə, söyə bilər.
“Günlər olur ki, kiməsə soymək, bağırmaq, dava etmək istəyirsən. Belə günlərdə bizim nömrəni yığıb ürəyinizi boşalda bilərsiniz”-deyir Şulte.
Bu xidmət əlverişlidir, ona görə ki, bu söyüş üçün söyən məsuliyyət daşımır, ondan şikayət edən də olmayacaq. Psixoloji xidmət nümayındələri isə bu xidmətin əleyhinə çıxaraq , “müştərinin pulu gedir, amma bunun müqabilində ona heç bir məsləhət verilmir” deyirlər.
Deyilənlərə baxmayaraq , Şulte və Brandenburger hər hansı bir məsləhət vermək fikrində deyillər. “Onların işi insanlara söyməyə, acığını çıxartmağa imkan verməkdir”-deyə “ixtira” müəllifləri qeyd ediblər.
/Yenises.ru/