Putin 4-cü dəfə prezident kimi and içdi
Yüksəliş, azad cəmiyyət, vətəndaşların hüquqlarının qorunması. Rusiyada 4-cü dəfə rəsmən perzident vəzifəsinə başlayan Vladimir Putin bunları vəd etdi.
Vladimir Putin dördüncü dəfə Rusiya prezidenti oldu. Böyük Kreml sarayında reallaşan rəsmi andiçmə mərasimində hökumət, Dövlət Duması və Federasiya Şurasının üzvləri, millət vəkilləri, Konstitusiya Məhkəməsinin hakimləri, vəzifəlilər, ictimai xadimlər, din xadimlərinin nümayəndələri və s. ibarət 3,5 min adam iştirak edib. Mərasimə dəvət edilən digər 1,5 min nəfər Sobornaya meydanında olub.
Mərasim BKS-nın Andreyev zalına Rusiya bayrağınının, Rusiya prezidentinin simvolu və Rusiya Konstitusiyasının təntənəli surətdə gətirilməsi ilə başladı. Bundan sonra Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin səhnəyə qalxılar.
Putin andiçmə mərasimində Konstitusiyaya rəayət edəcəyini, vətəndaşlarn hüquqlarını qoruyacağını vəd edib. Vıadimir Putin onu da qeyd edib ki, Rusiyada həyatın bütün sahələrində irəliləyişə ehtiyac var və bu yüksəliş yalnız azad cəmiyyətdə nail olmaq olar.
Yenises.ru