Putin beynəlxalq təhlukəsizliyin zəiflədiyini deyir
Rusiya Prezidenti Vladimir Putin hazırda qlobal təhlükəsizlik sisteminin zəiflədiyini söyləyib: Dünyada regional qarşıdurmalar çoxalır və beynəlxalq qurumlar zəifləyir.
“Beynəlxalq qurumların zəifləməsi var, regional münaqişələr çoxalır və qlobal təhlükəsizlik sistemi də pisləşir … Ziddiyyətlər necə deyərlər,“ spiral ”şəklində burulur. Bildiyiniz kimi, bu kimi məsələləri həll edə bilməmək və istəməmək 20-ci əsrdə II Dünya Müharibəsinə gətirib çıxartdı “-deyə Putin bu il onlayn olaraq qatıldığı Davosda təşkil edilən Dünya İqtisadi Forumunda söyləyib.
Daha əvvəl Putin Strateji Silahların Azaldılması Müqaviləsinin (START) beş il müddətinə uzadılmasının qlobal təhlükəsizlik sahəsindəki düzgün addım olduğunu qeyd etmişdi.
Çərşənbə axşamı, Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Joe Biden arasında telefon danışığı oldu, ikisi də START müqaviləsinin uzadılması barədə razılığın əldə edilməsinə dair nota mübadiləsindən məmnun olduqlarını bildirdi. Ağ Evə görə, Biden və Putin, START-3 müqaviləsinin fevralın 5-nə qədər uzadılmasıı üçün işçilərinə təcili olaraq çalışmalarını əmr etdilər. Rusiya Federasiyasının Prezidenti, Dövlət Dumasına fevralın 5-də a bitəcək START Müqaviləsinin uzadılmasına dair müqavilənin təsdiqlənməsi layihəsini təqdim etdi. Sənədə əsasən, müqavilənin 5 il- 2026-cı il fevrlın 5-nə kimi uzadılması təklif olunur.
Yenises.ru