Putin öz maaşının 10 faizini kəsdi
Ötən il o, 8,86 milyon rubl qazanıb.
Rsuiay prezidenti Vladimir Putin yüksək dövlət məmurlarının əmək haqqının 10 faiz azaldılmasının qərarının müddətini uzatdı. Sənəd qanunverici portalda dərc olunub.
Qərara əsasən Rusiyanın yüksək çinli mərmurlarının əmək haqqı 2018-ci ilin sonuna kimi 10 faiz “endirimlə”” veriləcək.
Dövlət başçısından başqa bu ixtisara hökümətin sədri, nazir müavinləri, baş prokuror, İstintaq Komitəsinin başçısı və Mərkəzi seçki komissiyası da düşür.
Yüksək dövlət məmurlarının əmək haqqının azaldılması sənədi əvvəl 2015-ci ilin fevralında imzalanmış və həmin ilin matrın 1-dən qüvvəyə minmişdi. Ondan sonra prezident onun müddətini bir neçə dəfə artırmşdı.
Rəsmi hesabata görə RF başçısı 2016-cı ildə 8,86 milyon rubl qazanıb, bu da bir il əvvəlkindən 33 min rubl azdır. Rusiya baş naziri Dmitri Medvedevin gəliri isə ötən ilin yekunalarnıa görə 8,587 milyon təşkil edir.
Yenises.ru“