Putin Rusiya ilə Amerika arasındakı “plutonium razılaşması””nı ləğv etdi”


Putin Rusiya ilə Amerika arasındakı "plutonium  razılaşması"nı ləğv etdi
RF prezidenti Vladimir Putin Rusiya və Amerika dövlətlərarası plutoniumdan istifadə razılaşmasının dayandırılması haqda qanun imzalayıb.

Bundan əvvəl beynəlxalq “Valday”” diskussiya klubunun plenar yığıncağında çıxış edən prezident Rusiyanın bu razılaşmadan geri çəkilməsini “”ABŞ-ın üzərinə düşən öhdəlikləri yerinə yetiməməsi”” ilə əlaqələndirib.

O, qeyd edib ki, müqaviləyə əsasən Rusiya silah plutoniumu tullantılarını istehsal üsulu ilə ləğv etməkdən ötrü zavod tikdi, ABŞ isə başqa yolla getdi.

“”Birləşmiş Ştatlar bizimlə razılaşdırmadan birtərəfli qaydada silah plutoniumuna nə isə qatıb onu hansısa mərhələdə saxladığını elan edir. Bu geridönmə potensialı adlanır- xalq arasında deyildiyi kimi istənilən zaman yenidən zənginləşdirib geriyə-silah halına döndərmək olar. Biz isə onu ləğv edirik”” -deyə Putin bildirib.

“”Biz pul xərcləyib zavod tikirik. Məgər biz ABŞ-dan varlıyıq? Yeri gəlmişkən, bir çox məsələlərdə belədir””-deyə prezident əlavə edib.

/Yenises.ru/


Bir cavab yazın