Putin Rusiyada millətlərarası konfliktdə günahı polislərdə görür


Putin Rusiyada millətlərarası konfliktdə günahı  polislərdə görür
Rusiya prezidenti Vladimir Putin Kondopoqa, Saqra, Manej meydanında baş verənlərin hüquq-mühafizə orqanlarının səhlənkarlığı, məmürların məsuliyyətsizliyi ucbatından olduğunu hesab edir.

Milli münasibətlər üzrə prezident Şurasının birinici yığıncağında Putin: “Korrupsiya, hakimiyyətdə işləyənlərə inamsızlıq, onalrın ədaləti təmin etmə bacarığının olmaması, insanların hüququnu müdafiə etmə kimi amillər milli münasibətlərin gərginləşməsi üçün qidalandırıcı baza və zəminə çevrilir, kiməsə etnik münaqişə şəklində konkret ədalətsiz faktlarla vətəndaşı çaşğınlığa salmaq birbaşa sərf edir ”-deyə söyləyib.

Millətlərarası anlaşma hər şeydən əvvəl bələdiyyə orqanlarının işində başlıca məsələ olaraq əsas yerlərdən birini tutmalıdır –deyib prezident.

Prezidentin sözlərinə görə potenisal münaqişəli situasiyaların çoxu məhz yerli səviyyədən yaranır.
“Məhz burada onları effekli həll etmək lazımdır, ondan da yaxşısı vaxtında, adekvat reaksiya vermək və qarşısını almaqdır”-deyib Putin.

/Yenises.ru/


Bir cavab yazın