Putin Rusiyanın BMT və YUNESKO-dan çıxma ehtimalını şərh edib


Rusiyanın prezidenti Vladimir Putin Rusiyanın BMT və YUNESKO-dan çıxması ideyası ilə bağlı sualı cavablandırarkən deyib ki, o, buna ehtiyac görmür, çünki Rusiya Federasiyası bu təşkilatların təsisçilərindən biridir. Dövlət başçısı əlavə edib ki, Rusiyanın BMT və YUNESKO ilə yaxşı layihələri, mühüm əlaqələri var.

“Bu, insanların ünsiyyət qurduğu və işlədiyi platformadır. Biz YUNESKO xətti ilə kifayət qədər ciddi layihələr həyata keçiririk. Mən buna ehtiyac görmürəm. Bəziləri deyir ki, BMT-dən çıxmalıyıq. Cəfəngiyatdır, çünki bu təşkilatların təsisçisi Rusiyadır”, – prezident Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda çıxışı zamanı deyib.

Putin vurğulayıb ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT dünyada baş verən dəyişikliklərə uyğunlaşmalıdır. Həmin forumda çıxışı zamanı Rusiya lideri 2014-cü ilə qədər Rusiya ilə Ukrayna arasında münaqişənin baş verə biləcəyini ağlına belə gətirmədiyini bildirib. Putin vurğulayıb ki, hər bir insanın bu məsələdə öz mövqeyi və baxışı ola bilər.

Bununla belə, dövlət başçısı onu da əlavə edib ki, sadəcə olaraq öz fikrinizi bildirməklə, bəyanatınız və ya hərəkətinizlə ölkəyə ziyan vurmaq arasında böyük fərq var.

yenises.ru


Bir cavab yazın