Putin və Ərdoğan ABŞ-ın İranın nüvə razılığından çəkilməsini səhv addım hesab edirlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İranla nüvə razılaşması müqaviləsindən çıxmasını telefonda müzakirə ediblər. Onlar Donald Trumpın bu qərarının səhv olduğunu bildiriblər. Türkiyənin prezident Administrasiyasından olan mənbəyə istinadən “RİA Novosti”” məlumat yayıb. Kremlin mətbuat xidməti liderlər arasında telefon danışığı olduğu barədə hələ məlumat verməyib.
Rəcəb Ərdoğan və Vladimir Putin ABŞ-ın İranla nüvə razılaşmasından çəkilməsini müzakirə etmək üçün zəngləşiblər. Bu barədə Türkiyə Prezidenti Administrasiyasındakı mənbə RİA Novosti xəbər agentliyinə məlumat verib.
“”Hər iki lider bu qərarın səhv olduğunu qeyd edərək, ( Söhbət ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşması müqaviləsindən çıxması qərarından gedir) birgə hərtərəfli fəaliyyət planının (SVPD) diplomatik uğur kimi saxlanmasının vacibliyinə diqqət çəkiblər””, – deyə agentliyə danışan mənbə bildirib.
Yenises.ru“