Putin və Medvedevin maaşı artdı


Putin və Medvedevin maaşı artdı
RF prezidenti Vladimir Putin özünün və baş nazir Dmitri Medvedevin maaşının 2,65 dəfə artırılması ilə bağlı sərəncam imzalayıb. Bu haqda Kremlin mətbuat xidməti idarəsinin məlumatına istinadən RİA Novosti xəbər verib.

Bundan əvvəl ölkə başçısı və baş nazir öz gəlirlərindən imtina etmişdilər. Hər ikisinin gəliri 2012-ci ildəkindən olduqca az olub. Putin keçən il 3,672 milyon rubl maaş alıb ki, bu da əvəvlki ilə nisbətdə 2,12 milyon rubl azdır. Medvedev isə 4,26 milyon rubla qol çəkib, hansı ki, 2012-də 5,81 milyon qazana bilərdi.

Bu sərəncama əsasən başqa yüksək çinli məmurların da əmək haqları artırılıb.

Qeyd edək ki, 11 apreldə 2013-cü ildə məmurların gəlirini əks etdirən deklorasiya yayılıb. O deklorasiyada Vladimir Putinin mülkiyyətinə 1500 kv.metr torpaq sahəsi, 77 kv.metlik mənzil və 18 kv.mertlik qaraj daxil olduğu göstərilir. Daha bir 153,7 kv.metr sahəsi ola mənzil və qaraj yeri də prezidentin istifadəsindədir. Prezident parkında il ərzində heç bir dəyişiklik olmayıb. Prezidentin iki “Bolqa” (QAZ- M-21 və QAZ-M-21-P) bir “Niva” və “Skif” avtomobil qoşqusu var.

Medvedevin isə 367,5 kv.metr sahəsi olan mənzil və iki “Bolqa” (QAZ-21), “Pobeda” (QAZ-20) avtomobili qalıb.

Deklorasiyanın Putinin gəliri hissəsində sabiq xanımı Lyudmilya aid olan bütün məlumatlar yoxa çıxıb. Medvedevin həyat yoldaşı isə iki maşın yerinin və Volkswagen Golf avtomobilinin sahibidir.

/Yenises.ru/


Bir cavab yazın