Putin viza rejiminin əleyhinə çıxdı
Prezident Putin Rusiyada viza rejimi tətbiq etmək MDB-dəki tərəfdaşlarını qorxuda bilər-deyib.
Putin hesab edir ki, miqrasiya problemi keçmiş Sovet İttifaqı respublikalarının yerli əhalisini qıcıqlandırmayan bir üsulla həll edilməlidir.
Viza rejiminin tətbiq edilməsi MDB ölkələrini Rusiya ilə əməkdaşlıq etməkdən çəkindirər-deyə Putin İndoneziyada (Asiya-Sakit okean iqtisadi əməkdaşlıq) ASİƏ sammitinin nəticələri ilə bağlı jurnalistlərlə keçirilən mətbuat konfrasında bəyan edib.
Rusiya hökümət başçısının fikrincə, miqrasiya problemini elə həll etmək lazimdir ki, keçmiş Sovet İttifaqı ölkələrinin yerli əhalisində qıcılanma deyil, əksinə müsbət reaskiya doğursun.
Prezident onu da əlavə edib ki, Rusiyada miqrantlara yerli əhalinin çalışmadığı iş yerlərini doldurmağa tələbat var. Lakin Rusiya dövlət başçısı gəlmələrin rus dilini, mədəniyyətini, qanun və adət-ənələrini bilməsinin vaciblini də vurğulayıb.
Ayxan
/Yenises.ru/