Putin xod etdi: Xodorkovski azadlıqda
Prezidet Putin “YUKOS” neft şirkətinin sabiq başçısı Mixail Xodorkovskinin əfvi ilə bağlı fərman imzalayıb. Dünən keçirdiyi mətubat konfransında Xodorkovskini azad edəcəyi barədə söylədiyinə əməl edərək bu gun onun bagışlanma müraciətini qəbul edib. Kremlin mətbuat xidmətindən bu xəbəri təsdiqləyiblər. Sənəd imzalandığı andan qüvvəyə minib.
“Humanitar prinisipləri rəhbər tutaraq qərara alıram: 1963-cü il təvəllüdlü, Moskva sakini məhkum Xodorkovski Mixail Borisoviçi bağışlanaraq, cəzasının qalan hissəsini çəkməkdən azad edilsin”-deyə qərarda deyilir.
Səhər saatlarnda jurnalistlər Kareliya kaloniyasının qarşısında Xodorkovskinin çıxmasını gözləyirlər. Bir müddət əvvəl həbsxanadan Xodorkovskinin əfv olunması ilə bağlı hər hansı bir sənədin daxil olmadığı bildirilmişdi.
Qeyd edək ki, “YUKOS”-un başçısı həbs cəzasını Kareliyanın Seqeja şəhərində yerləşən 7 saylı kaloniyada çəkirdi.
Məhəmməd
/Yenises.ru/