Putinin Tillerson və Lavrovla görüşü başa catıb
Tillerson ABŞ-ın Suriyaya zərbəsinin əsaslı olduğunu bəyan edib.
RF XİN başçısı Kremldə olan danışıqları “hərtərəfli və səmimi”” kimi qiymətləndirib.
Rusiya prezidenti Vladimir Putinlə RF və ABŞ xarici işlər nazirliklərinin başçıları Sergey Lavrov və Reks Tillersonla görüşü başa çatıb. Lavrovun jurnalistlərə verdiyi məlumata görə görüş iki saatdan artıq davam edib. RF XİN başçısı Kremldə baş tutan görüşü “”hərtərəfli və səmimi”” kimi dəyərləndirib.
“”Danışıqlar əhatəli və səmimi oldu, bizim ikitərəfli münasibətlərimiz və beynəlxalq məsələlərdə birgə hərəkət etməmiz üçün vacib olan bütün spektrləri əhatə etdi””-deyə Lavrov jurnalistlər üçün olan mətbuat konfransında açıqlama verib.
Lavrov “”Dövlət katibi bizi sanksiya ilə təhdid etmir””-deyə Fox News-un jurnalsitinin sualının cavabnda bildirib.
“”Vaşinqton hesab edir ki, Bəşər Əsəd rejimi sona çatmaq üzrədir””-deyə Tillerson bəyan edib.
Jurnalistləriin sualını cavablandıran Tillerson “”kimyəvi silahdan istifadə edilməsində Əsəd hökümətinə Rusiyanın hər hansı yardımı haqqında ABŞ-ın əlində məlumat yoxdur-deyib.
Kiber təhlükəsizlik sualı ilə əlaqədar isə Lavrov xatırladıb ki, Amerikada seçkilərə Rusiya hakerlərinin qarışmasını təsdiq edən hər hansı bir dəlil təqdim edilməyib.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Reks Tillerson 11 apreldə ilk rəsmi səfərini Moskvaya edib. Aprelin 12-də o Lavrovla görüşüb. Danışıqlardan əvvəl onunla RF XİN başçısı arasında olan görüşün Rusiya-Amerika münasibətlərinin yaxşılaşmasına təsiri olacağına ümid etdiyini bilidirib.
/Yenises.ru/
“