Putin:”Nemtsovun qətli sifarişli və təxribat xarakterlidir”””


Putin:"Nemtsovun qətli sifarişli və təxribat xarakterlidir"
Putin Boris Nemtsovun ölümü ilə bağlı istintaq-axtarışına nəzarəti özü üzərinə götürdü.

Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinin Boris Nemtsovun ölümü ilə əlaqədar yaxınlarına və dostlarına dərin hüznlə başsağılığı verdiyini bildirib.

Peskovun sözlərinə görə Putin qeyd edib ki, Nemtsovun qəddarlıqla öldürülüməsi onun qətlinin sifarişli və təxribat xarakterli olduğunu göstərir.

Mətbuat katibi söyləyib ki, “dövlət başçısı RF İstintaq komitəsi, DİN və Federal təhlükəsizlik xidməti rəhbərlərinə istintaq qrupu yaratmağı tapşırıb və cinayətin istintaq-axtarışının gedişiatına birbaşa nəzarəti öz üzərinə götürüb.

Rusiyanın malliyyə naziri Aleksey Kudrin Boris Nemtsovun qətlinin ölkə üçün “”qorxulu faciə”” olduğunu söyləyib.

Boris Nemtsovun həmkarı Vladimir Rıjkov baş verənləri şərh etməkdən imtina edib. O, Nemtsovun ölümü ilə bağlı sadəcə bunu deyib:””Şok””.

/Yenises.ru/


Bir cavab yazın