“Qəpikçi mlyyonçu”” kimi tanınan Babin Lyudmila Putinaya elçi düşdü”
Novosibirskdən olan təqaüdçü Yuri Babin prezident Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmilaya evlənmək təklifi etməyi düşünür.
RF prezidenti Vladimir Putinin hər il ənənəvi olaraq rusiyalılarla birbaşa efirdən qurduğu ünisiyyəti zamanı keçmiş həyat yoldaşını ərə verəndən sonra evlənməyi düşündüyünü söyləməsi Babini cəsarətə gətirib.
Novosibirskli milyonçu 2008-ci ildən subay olduğunu və Lyudmila Aleksandrovna Putina ilə ailə qurmaq istədiyini söyləyib. “Bu haqda iki ya əvvəl düşünürdüm, prezidentin dünənki sözləri isə məni cəsarətləndirdi. Güman edirəm ki, arzum gerçəkləşəcək””-deyə Putinlə həmyaşıd olduğunu da vurğulayıb Babin.
“”Elçiliyi necə edəcək?””-sualına gəlincə, bunu Lyudmila Putinanın mediadan eşidəcəyini düşünür.
Yuri Babin 2012-ci ildə birqəpikliklərdən ibarət kolleksiyasını satışa çıxarandan sonra məhşurluq tapıb. 7,5 ton çəkisində beş millyonluq qəpiklər 19,9 milyon qiymətində dəyərləndirilib. Babin həmçinin ABŞ-ın sabiq agenti Snoudenə öz villasında 5 otaq təklif etməsi ilə də yadda qalıb.
2013-cü ildə Babin məhkəmə vasitəsiylə rəsmi olaraq öz familiyasını “”Böyük Rusiyanın prezidenti Babin””-nin familiyasına dəyişmək istəyib, lakin Novosibirsk mərkəzi rayon məhkəməsi və nigah dairəsi onun iddiasını rədd edib. Təqaüdçü məhkəmə qərarından bu ilin martında RF Ali məhkəməsinə şikayət ərizəsi göndərib.
/Yenises.ru/“