Qahirədə minlərlə adam Şafiki dəstəkləməyə çıxıb


Qahirədə minlərlə adam  Şafiki dəstəkləməyə çıxıb
Şənbə günü axşam Misir prezidentliyinə müstəqil namizəd Ahmet Şafikin tərəfdarı olan on minlərlə adam onu dəstəkləmək üçün Qahirə küçələrinə çıxıb. Bu haqda Misir mili televiziyası məlumat verib.

Aksiya 1981-ci ildə islam seperatçıları tərəfindən öldürülmüş Anvar Sadatın xatirə kompleksinin yanında keçirilir. Nümayişçilər anti islamçı şüarlar səsləndirərək Misir hökümətindən islamçıları hakimiyyətə buraxmamağı tələb edir.

Bu böyuk akisya Misirin hərbçilərinin tərəfdarları ilə islamçı qüvvlərə qarşı duranlar tərəfindən təşkil olunub. Müxtəlif əyalətlərdən bura axışan adamlar vətəndaş mövqeyini bildirməyə Misir hökümətindən dünyəvi dövləti saxlamağı tələb etmək üçün gəliblər.

Eyni vaxtda Tahrir meydanında da “Müsəlman qardaşlar” təşkilatının namizədi olan Məhəmməd Mursinin tərəfdarları kütləvi şəkildə dəstək aksiyası keçirirlər.

Bu gün Misir seşki komissiyası səsvermənin rəsmi nəticəsini açıqlayacaq. Bu vacib hadisə ərəfəsində Misirdə vəziyyət son dərəcə gərgindir. Politoliqlar ölkənin iki cəbhəyə bölündüyünü və səsvermənin nəticəsi elan edildikdən sonra ixtişaşların qaçılmaz olacağını deyirlər.

/Yenises.ru/


Bir cavab yazın