Qanlı 20 Yanvar hadisələrindən 26 il ötdü
Pəncərəni külək döyüb ağlasa,
Eyvanına quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı deyib, ağlama,
Ağlamağın yeri deyil, ağlama
Bu döyüşdü – əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var;
Burda “bizik””, nə “”mən”” vardır, nə “”sən”” var.
Yox, ağlama, ana millət, ağlama!
Qorxuram ki, sına millət, ağlama.
Hayqır, könül, bundan betər çağ hanı?
İnsan yanır, torpaq yanır, dağ yanır.
Bacım, indi ağlamağa vaxt hanı?
Qardaş deyib, yurddaş deyib, ağlama!
Ağlamağın yeri deyil, ağlama.
Əyilməkdir ağlamağın tərs üzü,
Dərdi dartıb üzməyəni dərd üzür,
Ağlayanı tez də tapır dərd-hüzür,
Bəlkə tanrı belə yazıb, ağlama.
Səsini boğ, millət qızı, ağlama.
Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, oğul, deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!
“