Qarabağ münaqişəsinin zəif bağı- Atəşkəs
Moskvada “Milli xəbərlər xidməti” (“Natsionalnaya slujba novostey”) NSN-də keçirilən “Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs: sülhü necə saxlamalı?” mövzusunda mətbuat konfransında iştirak edən ekspertlər müvəqqəti atəşkəsin yenidən qaynar fazaya keçməyəcəyinə kimsə zəmanət verə bilməz- fikrini səsləndirdilər.
“Azərbaycanın tarixən ona məxsus olan ərazilərinin geri qaytarılması kimi tələbi yoxdur. Azərbaycan sadəcə dünyanın tanıdığı sərhədləri çərçivəsində ona məxsus olan torpaqlarının geri qaytarılmasını istəyir ”. Bu fikri paylaşan MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev -“Bizə müvəqqəti atəşkəs deyil, sülh lazimdır”-dedi.
O, Qarabağda sülhün bərpa olunması üçün əvvəlcə hansı dövlətin ərazi bütövlüyünün pozulması və hansı dövlətin hərbi qüvvələrinin kimin torpağında olmasına diqqət yetirmək gərək olduğunu da bildirdi.
Siyasi analitik, tarix elmləri namizədi Oleq Kuznetsov Qarabağ münaqişəsinə və Azərbaycanın münaqişə zonasında apardığı 2-5 aprel hərbi əməliyyatına hüquqi yöndən yanaşaraq orada baş verən “təmizləmə əməliyyatına” Rusiya Federasiyasının Cinayət Məcəlləsinə istinadən paralel apardı.
“Aprelin 2-dən 5-nə kim davam edən çatışmada itkilərin sayı ilə bağlı Ermənistan Müdafiə nazirliyinin rəsmi saytında dərc edilən məlumata əsaslansaq, bu siyahıda bir nəfər də Dağlıq Qarabağ sakini yoxdur”. O.Kuznetsov – “ Həmin siyahıda dərc olunan 57 nəfər ölənin hamısı Ermənistan vətəndaşıdır, bu da RF CM-nin 356-ci maddəsinə görə “hərbi muzdlu” deməkdir”-dedi.
O, “ Əgər Ermənistan Dağlıq Qarabağı tanımırsa, onun vətəndaşı bu ərazidəki qanunsuz hərbi birləşmələrin tərkibində nə edir? İstənilən halda onlar cinayətkardırlar. O zaman belə bir sual meydana çıxır:kim süveren Azərbaycan Respublikasına öz ərazisindən cinayətkarları məhv etməyi qadağan edə bilər. Kim ona əngəl ola bilər?”,- ritorik sualı ilə Azərbaycanın mövqeyində haqlı olduğunu dilə gətirdi.
“Bu gün Qarabağ- dağldılmış torpaq deməkdir, onu tezliklə bərpa etmək vacibdir”. Moskva Dövlət Universiteti postsovet məkanını araşdırma mərkəzinin baş direktorunun müavini Yevgeni Nikolayçuk 20 ildən artıq Azərbaycan ərazilərini ilhaq edən Ermənistanın orada heç bir şey etmədiyini vurğuladı. “Keçmiş xoş sovet dövündə olduğu kimi bu guşəni yenidən cənnətə döndərmək olar”.
Nikolayçuk münaqişənin həlli ilə bağlı Rusiyanın səyini təqdir etməklə yanaşı, Minsk qrupunun işinin effektinin 20 ildə göz önündə olduğunu qeyd etdi. Bü münaqişəni Rusiya olmaqla ora qonşu olan Türkiyə, Gürcüstan və hətta İranın səyi ilə həll etməyin daha səmərəli olacağı nöqteyi-nəzərini ortaya qoydu.
Yazıçı və tarixçi Aleksandr Qoryanin isə sovetlər dövründə yanaşı yaşamış xalqlar arasında fərq qoymadan onları özününkü saydığını qeyd etdi. “Dağlıq Qarabağ münaqişəsi-özününkülər arasında münaqişədir”-deyən yazıçı bu hadisələrin başlaması tarixinə diqqət çəkdi. Hələ 1984-cü ildə senzuranın yanından milçək belə keçməyən vaxtında Zori Balayanın azərbaycanlılara nifrət hissi aşılanan “Ocaq” kitabının çap edilməsi ilə təməli qoyulan konflikti Silva Kaputikyan və digərlərinin yağ töküb daha da alovlandırdığını xatırlatdı.
“2-5 aprel əməliiyatları başlananda Türkiyəni dayanmadan günahlandıraraq suyu onun bulandırdığını fikri səslənəndə yadıma 80-ci illər düşdü. Bunun sübutu yoxdur-bu gipotezadır, amma hamı bu haqda inamla danışır”-deyən yazıçı A. Qoryanin yanlış informasiya ötürən jurnalistləri tənqid etdi.
“Mənə jurnalsitlər deyəndə, müharibəni biz başlamırıq, mən razılaşıram, amma onu da əlavə edirəm ki, onlar hər şey edirlər ki, müharibə başlasın. Sonra onu söndürmək çox çətin olur, çünki sadə insanlarda nifrəti alovlandırır ”. Bu sözlərlə Qoryanin jurnalistləri bəzən qiymət verəndə bir az diqqətli olmağa, nifrət toxumu səpməməyə çağırdı.
Tünzalə Vəliqızı
Moskva 08.04.2016